ABŞ-da hərbi həkim və onun erməni arvadı Rusiyaya casusluqda ittiham olunur - FOTO/VİDEO
ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı hərbi həkim, keçmiş mayor Ceymi Li Henri və onun əslən erməni olan həyat yoldaşı, həkim Anna Qabrielyanı Rusiya hakimiyyət orqanlarına məxfi məlumat ötürməkdə ittiham edib.
Onlar ABŞ hərbi xəstəxanasının xəstələri ilə bağlı məxfi məlumatları Rusiyaya ötürməyi planlaşdırıblar.
İddialara görə, ərlə arvad gizli FTB agentinə deyiblər ki, əsas motivləri Rusiyaya qarşı vətənpərvərlik hissləridir.
Təqsirləndirilən şəxslərin vəkilləri, eləcə də Rusiya nümayəndələri hələlik məsələ ilə bağlı şərh verməyiblər.
Mayor Henri 2015-ci ildə adını və cinsini dəyişdirməyə qanuni icazə verildikdən sonra transseksual kimi tanınan ilk ABŞ ordusu zabiti olub. Elə həmin il Henri və Qabrielyan evləniblər.
Merilend ştatının Baltimor məhkəməsinə təqdim edilən və cümə axşamı elan edilən ittihamnamədə Henri və Qabrielyan gizli tibbi məlumatları Rusiya səlahiyyətlilərinə təhvil verməkdə ittiham olunurlar.
Mayor Henri Şimali Karolinadakı Fort-Breqq hərbi bazasında xidmət edib. İttiham aktında iddia edilir ki, o, Fort-Breqq hospitalında, eləcə də adı açıqlanmayan başqa bir tibb müəssisəsində xəstələrin tibbi məlumatlarına daxil olmaq üçün məxfi məlumat əldə etmək hüququndan istifadə etmək niyyətində olub.
Qabrielyan da öz növbəsində Baltimordakı Cons Hopkins xəstəxanasında işləyib və çox güman ki, bir neçə ay əvvəl Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra o, Rusiyanın Vaşinqtondakı səfirliyinə öz yardımını təklif edib.
Avqustun ortalarında Rusiya səfirliyinin əməkdaşı olduğunu iddia edən bir adam onunla əlaqə saxlayıb. Amma əslində həmin şəxs FTB-nin gizli agenti olub. /Oxu.az/
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1487 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir
İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr
16 oktyabrƏraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrTürkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrAvropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17 oktyabrHindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabr