Paşinyanın arvadı ÜZR İSTƏDİ
Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan iki il əvvəl Qarabağdakı 44 günlük müharibə ərəfəsində yaratdığı "Erato" adlı qadın hərbi dəstəsinin üzvlərindən üzr istəyib.
Anna Akopyan bu barədə özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində yazıb.
O qeyd edib ki, müharibə zamanı erməni əsgərini tək qoymamaq, ona yaxın olmaq üçün qadınlardan ibarət dəstə yaradıb.
"Dəstəyə yazılan qadınların bir qisminin oğulları çağırışçı olub, yəni döyüş meydanında idilər, bəziləri isə müxtəlif səbəblərdən müharibəyə getməyən qardaşlarının yerinə hərbi xidmətə gəlmişdilər".
Anna Akopyan bildirib ki, müxtəlif motivli çağırışçı qadınlardan ibarət dəstəyə 5-8-ci əsrlərdə yaşamış erməni kraliçası Eratonun adını verib.
Akopyanın sözlərinə görə, 44 günlük müharibədən sonra keçən iki ildə "Erato" dəstəsinin qadınları mənəvi zərbələrə məruz qalıblar
"Bu qadınlar şərəfsiz sütununa mıxlandılar, daşqalaq edildilər, məsxərəyə qoyuldular, nifrət qazandılar, biabır edildilər, təqiblərə məruz qaldılar, bəziləri işindən, bəziləri təhsildən qovuldu. Mən onlardan üzr istəyirəm ki, onların lağ hədəfinə çevrilməsinə səbəb oldum".
A.Akopyan deyib ki, Ermənistan cəmiyyəti "Erato" dəstəsinin qadınlarının təqib edilməsinə və məsxərəyə qoyulmasına susmaaqla onu xəyal qırıqlığına uğradıb./Redaktor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb