Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb
ABŞ senatoru Tim Keyn Azərbaycan icmasının fəal üzvü Türkan Tahirlinin Ermənistanın son hərbi təxribatları ilə bağlı müraciətinə cavab verib.
Bu Barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Senator məktubunda bildirib ki, bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. İki ölkənin xalqlarının uzun illər ərzində məhsuldar əlaqələri paylaşdığına, ABŞ-la Azərbaycan arasında sıx ikitərəfli iqtisadi əlaqələrin mövcud olduğuna, Kosovo, İraq və Əfqanıstandakı beynəlxalq sülhyaratma əməliyyatlarında tərəfdaşlıq etdiyinə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi sahəsində birgə əməkdaşlığına diqqət cəlb edilib.
"Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olaraq sizin fikirlərinizi nəzərə alacağam və ABŞ-la Azərbaycan arasındakı mühüm əlaqələri dəstəkləməkdə davam edəcəyəm", - T.Keyn bildirib.
Qeyd edək ki, Türkan Tahirli Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızıdır. 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, Virciniya ştatındakı Corc Meyson Universitetinin məzunudur. Bu ilin avqustunda Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1651 Tarix: 01 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi
17 oktyabrÖvladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin
16 oktyabrAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
18 oktyabrVüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə
17 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabr