Avtomobil qəzalarında 7 yaşa qədər 13 nəfər ölüb: "Yol terroru"nun səbəbləri - AÇIQLAMA

Avtomobil qəzalarında 7 yaşa qədər 13 nəfər ölüb: "Yol terroru"nun səbəbləri - AÇIQLAMA2021-də respublika üzrə yol-nəqliyyat hadisələrində 706 nəfər dünyasını dəyişib, 1 452 nəfər xəsarət alıb. Ölənlərdən 322 nəfər, yaralılardan isə 429 nəfər sırf piyada qismində hadisə iştirakçıları olub.

Dünyada hər il orta hesabla 1,3 milyon insan avtomobil qəzaları nəticəsində ölür. Məlumdur ki, bu qəzaların əksəriyyəti insan səhvlərindən, yəni daha çox sürücü məsuliyyətsizliyindən qaynaqlanır. Avtomobil istehsalçıları qəzaların qarşısını almaq üçün yeni texnologiyaların maşınlara tətbiqini davam edirlər. Qəzaların səbəbləri arasında bir çox fərqli səbəb var.

Qəzalar maddi ziyana, müvəqqəti və ya daimi əlilliyə və daha da pisi, ölümlə nəticələnə bilər. Yol-nəqliyyat hadisələri qəzaya səbəb olan amillər baxımından fərqlənir. Dünyada qəzaların əsas səbəbi sürət həddinin aşılması olaraq göstərilir. Nəqliyyat vasitəsi ilə təyinat yerinə çatmaq istəyərkən sürət nişanlarına əməl etməmək və sürət həddini aşmaq avtomobil qəzalarına səbəb olur.

İkinci məsələ ani diqqətsizlikdir. Sürücünün bir anlıq fikrinin yayınması özü və avtomobildə olan sərnişinlərin həyatına son qoya bilər. Yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə dəhşətli mənzərə alınır. Qəzalarda 7 yaşa qədər 13 nəfərin həlak olması nə deməkdir? Bu, sadəcə dəhşətdir.

Nə üçün insanlar ölümə doğru qaçırlar?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yüksək sürət, diqqətsizlik, ümumilikdə yol hərəkəti qaydalarına riayət etməmək ölkədə ölüm faktlarının sayının artmasına səbəb olur:

"Ötən il ərzində yol-nəqliyyat hadisələrində 7 yaşa qədər 13 nəfər ölüb, 36 nəfər yaralanıb. 7-16 yaş aralığında 36 nəfər ölüb, 116 nəfər yaralanıb. 18-20 yaş arasında 17 nəfər ölüb, 72 nəfər yaralanıb. 21-24 yaş aralığında 38 nəfər ölüb, 140 nəfər yaralanıb. 25-64 yaş aralığında 510 nəfər ölüb, 983 nəfər yaralanıb. 65 yaşdan yuxarı 84 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Bu rəqəmlər hər il ictimaiyyətə açıqlanır, hər il hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırırıq. Lakin görünən mənzərə odur ki, bizim onların həyatını qorumaq üçün etdiyimiz cəhdləri onlar özləri üçün etmək istəmir. Bu dəhşətli rəqəmlərdən biri olmaq üçün can atmayın. Məktəblərin, universitetlərin yerləşdiyi ərazilərdə piyadavurma halları çoxluq təşkil edir.

Xüsusilə də piyada keçidlərinin 100 metr yaxınlığında hadisələrin baş verməsi bizi çox məyus edir. Axı insanlar həyatını 100 metr üçün hansı məqsədlə riskə atırlar? Bir qədər irəli gedib daha təhlükəsiz formada yola davam etmək mümkündür, nə üçün bu qədər səbrsizlik edib, nizam-intizamdan kənar hərəkətlər nümayiş etdiririk?"

Polis mayoru onu da qeyd edib ki, paytaxtın Həsən Əliyev, Azadlıq prospekti, Koroğlu Rəhimov küçəsində bu kimi hallar çoxalıb:

"Bu sadalanan ərazilərdə yanbayan məktəblər var, ali təhsil müəssisələri var. Eynilə Əhməd Rəcəbli küçəsində Azərbaycan Dövlət İqtisad Universitetinin qabağında, piyada keçidlərinin yaxınlığı, Azərbaycan Texniki Universitetin qarşısında piyada keçidi ola-ola pedaqoqlar, tələbələr yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərək faciəyə səbəb olurlar. Bu siyahını uzada da bilərik. Ölkədə bu kimi hallar, bununla yanaşı şüursuzluq edən bəzi sürücülərin yol verdiyi nöqsanlar səbəbindən maddi ziyanla qarşılaşa bilərsiniz, müvəqqəti və ya daimi əlilliyə düçar ola bilərsiniz. Daha faciəlisi belə hadisələr ölümlə də nəticələnə bilər. Xüsusən piyadalarla bağlı vəziyyət Daxili İşlər Nazirliyinin rəhbərliyini, həmçinin Dövlət Yol Polisini ciddi şəkildə narahat edir, bunun üçün bütün imkanlarımızı səfərbər etmişik, lakin bu işdə cəmiyyət olaraq münasibəti dəyişmək önəmlidir. Hər bir vətandaşımızdan aparılan təbliğat işlərində bizə dəstək olmağı xahiş edir yol polisi olaraq insanların yollarda diqqətli olmasını tövsiyə edirik"./Oxu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1522   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

17 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr