Bu ölkələr Azərbaycandan qaz ala biləcək - Brayza

Bu ölkələr Azərbaycandan qaz ala biləcək - BrayzaYunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) sayəsində Azərbaycan və ya digər ölkələrdən alınan təbii qaz Bolqarıstan vasitəsilə yalnız Cənub-Şərqi Avropaya deyil, Moldova və Ukraynaya da çıxış əldə edə bilər.

Bunu Report-a beynəlxalq ekspert, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsini şərh edərkən deyib.

""Rusiyanın təbii qazından çox asılı olan Bolqarıstan və Yunanıstan indi Azərbaycandan mavi yanacaq ala biləcək", - M.Brayza deyib.

O, IGB-də Azərbaycanın rolunun çox vacib olduğunu vurğulayıb:

"IGB boru kəməri həm təbii qaz tədarükçüləri, həm də alıcıları arasında rəqabəti artırmaq baxımından vacibdir".

Ekspert qeyd edib ki, IGB sayəsində Yunanıstan və Bolqarıstan həm də Türkiyənin mayeləşdirilmiş təbii qaz terminalı vasitəsilə qaz almaq imkanı əldə edəcək.

Xatırladaq ki, bu gün Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəməri kommersiya istismarına verilib. Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş istifadəyə verilmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

IGB Yunanıstanda Trans-Adriatik qaz kəmərinə qoşulur ki, bu da "Şahdəniz" yatağında hasil olunan Azərbaycan qazını Bolqarıstana nəql etməyə imkan verəcək.

"Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1906   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17 oktyabr
.

Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi

Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir

17 oktyabr
.

Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı

Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban

17 oktyabr
.

Yəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb

Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə

16 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik

17 oktyabr
.

Simonyan anklavlar haqqında danışdı

Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya

16 oktyabr
.

Böyük Britaniyada Sky şirkətinin ITV-ni satın almasına hökumət müdaxilə edə bilər

Böyük Britaniya hökuməti Sky şirkətinin ITV telekanalının yayım və striminq bölməsini 1,6 milyard funt sterlinqə satın alması planını araşdırmağa hazırlaşır. Mədəniyyət naziri Lisa Nandi sövdələşmənin ictimai maraqlara təsirini qiymətləndirmək üçün müdaxilə edə biləcəyini bildirib. The Guardian-a istinadə

16 oktyabr
.

ABŞ Konqresində Rusiya dizel yanacağının idxalına qarşı qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Qreqori Miks Donald Tramp administrasiyası tərəfindən Rusiya dizel yanacağının alınması və idxalı ilə bağlı mümkün razılaşmanın qarşısını almağı hədəfləyən ikipartiyalı qanun layihəsi təqdim edib. xəbər verir ki, sənəd "Korrupsiyalaşmış Rusiya Neft Sövdələşmələrini

17 oktyabr