Azərbaycan bu cəhətdən əksər ölkələrdən daha yaxşıdır

Azərbaycan bu cəhətdən əksər ölkələrdən daha yaxşıdırAzərbaycan iqtisadi cəhətdən fəaliyyətləri maliyyələşdirmək üçün əksər ölkələrdən daha yaxşıdır, bununla belə iki il ərzində cəmi 514 kv.km ərazini minalardan təmizləyə bilib. Ümumiyyətlə, minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr buna ən az imkanı olan ölkələrdir, çünki əraziləri minalarla çirkləndirən münaqişələr həm də iqtisadiyyatları məhv edir.

"Əl Cəzirə" nəşrinin nəşrinin minatəmizləmə ilə bağlı "Dünyanın mina probleminin yeni həllinə ehtiyacı var" məqaləsini təqdim edirik:

"Ukraynanın şərqində müharibə başlayandan səkkiz il, Rusiyanın genişmiqyaslı hərbi təcavüzündən altı ay sonra Kiyev böyük minalanma problemi ilə üzləşib. Təxminən 160 000 kvadrat kilometr ərazisi minalarla çirklənmiş Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir. Müqayisə üçün, bu, İrlandiyanın demək olar ki, ikiqat böyüklüyündə bir ərazidir.

ABŞ gələn il üçün Ukraynada mina əleyhinə fəaliyyət üçün 100 komandanı maliyyələşdirmək üçün 89 milyon dollar vəd edərək bu şeytani problemi həll etmək səylərinə rəhbərlik edib. Bu, müəyyən nəticələr verəcək konkret addımdır. Amma bu kifayət etməyəcək. Minalama cəmi 2, hər minanın çıxarılması isə 1 000 dollara başa gəlir.

Problemin miqyasını ölçmək üçün Cənubi Qafqazda Qarabağ bölgəsinə nəzər salaq. Həmin region 1990-cı illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında baş vermiş Birinci Qarabağ müharibəsindən sonra Yer kürəsinin ən sıx minalanmış ərazilərindən birinə çevrildi. 2020-ci ilin sonlarında baş verən qarşıdurma Azərbaycanın ilk münaqişədə itirdiyi əraziləri azad edərək minalanmış torpaqlara giriş imkanı yaratdı. Azərbaycan o vaxtdan işğaldan azad edilmiş əraziləri münaqişədən sonra yenidənqurma üçün təhlükəsiz hala gətirməyə başlayıb. Bu günədək 514 kv.km ərazi təmizlənib. Bu sahədə işləyənlər üçün bu, dərin təsirli səslənə bilər, lakin 11 270 kv.km hələ də yaşayış üçün yararsız olaraq qalır.

Azərbaycan iqtisadi cəhətdən fəaliyyətləri maliyyələşdirmək üçün əksər ölkələrdən daha yaxşıdır, bununla belə iki il ərzində cəmi 514 kv.km ərazini təmizləyə bilib. Ümumiyyətlə, minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr buna ən az imkanı olan ölkələrdir, çünki əraziləri minalarla çirkləndirən münaqişələr həm də iqtisadiyyatları məhv edir. Maliyyələşdirməni təmin etmək üçün 2030-cu ilə qədər 17 qlobal məqsədlə yanaşı, minasız dünya Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çevrilməlidir.

Bu ideya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən bu ilin əvvəlində Bakıda təşkil olunmuş Ərazilərin Minalardan Təmizlənməsi üzrə Humanitar Konfransda irəli sürülüb və müzakirə olunub. Nə hazırkı beynəlxalq razılaşmalar, nə də milli proqramlar kifayət edir.
Minalardan təmizləmə monitorinqinin hesabatına əsasən, 2020-ci ildə dünya üzrə cəmi 153,4 kvadrat kilometr ərazi təmizlənib. O, həmçinin milli minatəmizləmə proqramlarının dörddə birindən azını "yaxşı" və ya "çox yaxşı" kimi qiymətləndirib; qalanları əhəmiyyətli irəliləyiş əldə etmək üçün çox az maliyyələşdirilib. Bu, Ukraynaya yaxşı heç nə vəd etmir.

Bununla belə, minalardan təmizləməyə DİM statusu verilsə, bəhrələri dərhal hiss olunacaq. Birincisi, bu təyinat qlobal səylərin koordinasiyasına kömək edəcək, beynəlxalq maliyyə mexanizmlərinə çıxışı təmin edəcək və maliyyələşdirilməmiş milli proqramların yükünü yüngülləşdirəcək.

İkincisi, DİM statusu minalardan təmizləmə üçün büdcələri, məsələn, təhsilin inkişafı proqramları ilə eyni sıraya qoyaraq bu maliyyələşdirməni məhdudlaşdırmağa kömək edəcək. Vəsaitlərin məhdud olduğu postmüharibə, postkoronavirus şəraitində bu, çox vacibdir.

Üçüncüsü, DİM tədqiqat və inkişaf üçün daha çox maliyyə cəlb edir, bunu biz təmiz enerji və dayanıqlı şəhərləri təşviq etmək səylərində gördük. Minatəmizləmə üçün sadəcə vəsait yatırmaq yetərli deyil: təmizləmə üçün hər vahidə (minaya - red.) düşən xərc azalmalıdır.

Bununla belə, minasız dünyanı DİM-ə çevirmək üçün bəlkə də ən güclü arqument ən sadədir: belə də olmalıdır. Minalarla çirklənmiş ərazilərdə davamlı inkişaf bir yana qalsın, inkişaf belə mümkün deyil.

2017-ci ildə Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi və BMTİP-nin birgə araşdırmasına əsasən, minalarla mübarizə BMT-nin mövcud DİM-dən 12-si ilə birbaşa əlaqəlidir, digər dördünü isə dolayı yolla dəstəkləyir. İkinci DİM-i götürək: aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təmin etmək. Minalar əkin sahələrinin böyük bir hissəsini əhatə etdiyi yerlərdə - Ukraynada olduğu kimi - ölkənin öz qidasını istehsal etmək qabiliyyətinə birbaşa təsir göstərir. Dördüncü DİM-i götürək: bərabər və inklüziv təhsili təmin etmək. Minalanmış ərazilər uşaqların məktəbə çatmasını xeyli çətinləşdirə bilər və hətta münaqişə zamanı təhsil müəssisələrinin özləri minalana bilər. Bu, istər-istəməz məktəbə qəbula və təhsilə çıxışa təsir göstərir.

Minalanmış torpaqlar yeni problem deyil. Ancaq yeni bir həll lazımdır. Onlardan azad bir dünya görmək istəyiriksə, onlara texniki və ya hərbi deyil, sosial inkişaf məsələsi kimi baxmalıyıq.

Əgər Ukraynada şahidi olduğumuz dəhşətin yaxşı tərəfinin olduğunu söyləmək olarsa, bu, dünyanın diqqətini münaqişə və postmünaqişə zonalarında minaların təmizlənməsi üzrə kritik səylərə yönəldib. Bu diqqəti DİM-ə çevirməyimizi təmin etmək üçün istifadə edilməlidir. Əvvəl-axır DİM-lərin hamısı bir-birinə bağlıdır. Geniş şəkildə dəstəklənən qlobal minatəmizləmə səyləri olmadan digər məqsədlərə nail olmaq üçün heç bir ümid yoxdur"./Axar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1134   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr