"Vətən müharibəsində əldə edilən zəfərin əsasında da Heydər Əliyev siyasətinin təntənəsi dayanır" - Deputat

"Vətən müharibəsində əldə edilən zəfərin əsasında da Heydər Əliyev siyasətinin təntənəsi dayanır" - Deputat"29 il öncə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına və davamlı inkişafa səs vermişdi".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür:

"Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə, yəni 90-cı illərin əvvəlləri ilə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu və bu günümüzü kimə borclu olduğumuzu daha dərindən dərk edirik.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bəlkə də, Azərbaycan hər hansı ölkənin tabeliyində yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir.

Bu gün Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Ulu Öndər Heydər Əliyev Azər­bay­can­da de­mok­ra­tik cə­miy­yə­tin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar at­dı. O, mühüm demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi onlarla islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana və onun inkişafına, tərəqqisinə həsr edib. Bir sözlə, tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir".

Deputat vurğulayıb ki, 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu:

"Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ən önəmlisi isə, Heydər Əliyev sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərib.

Bu gün onun siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan öz gücü ilə 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibədə Böyük zəfərə imza atan Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Vətən müharibəsində əldə edilən zəfərin əsasında da Heydər Əliyev siyasətinin təntənəsi dayanır. Bundan sonra da Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarından gələcək nəsillərimiz bəhrələnəcək və onun xatirələri xalqımızın qəlbində daim yaşayacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1080   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr