"Füzulidən sonra ən çox itki Suqovuşanda verdik" - Hərbi ekspert

"Füzulidən sonra ən çox itki Suqovuşanda verdik" - Hərbi ekspertBu gün 3 oktyabr Suqovuşanın işğaldan azad olunduğu gündür.
Suqovuşanın Azərbaycanın nəzarətinə keçməsinin strateji əhəmiyyəti barədə Sonxeber.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Suqovuşan Azərbaycan ordusunun əks -hücum əməliyyatı apara biləcəyi ən çətin bölgə idi. Çünki ermənilər 30 illik işğal dövründə Suqovuşan və Talış yaşayış məntəqəsinin qarşısı və ətrafındakı yüksəkliklərində çox möhkəmlənmişdilər. Xüsusilə də təmas zolağını həddindən artıq minalamışdılar:
"Füzulidən sonra ən çox itki Suqovuşanda verdik" - Hərbi ekspert"Suqovuşanın bir neçə strateji əhəmiyyəti vardı. Onlardan birincisi ondan ibarət idi ki, burada Suqovuşan su anbarı yerləşirdi və su anbarını düşmən müharibədən öncəki dönəmdə bizə qarşı silah kimi istifadə edirdi. Yay aylarında Tərtər-Ağdam-Yevlax-Bərdə istiqamətində suyu bağlayırdılar xüsüusilə tərətər agdam yevlax bərdə istiqamətində və kənd təsərrüfatının su ilə suvarılması məhdudlaşırdı. Qış aylarında isə əksinə, suyu açıb sel yaradırdılar. Digər məsələ, payız vaxtı suyu açanda suyun qarşısına piyada əleyhinə mina qoyurdular və mülki əhali üzərinə bilməyərək basanda partlayış olurdu. Su anbarının nəzarətimizə keçməsi ilə ermənilərin bizə qarşı istifadə etdiyi bu silahı sıfırlamış olduq.
İkincisi, ermənilər Suqovuşan ətrafındakı yüksəkliklərdən bizim müdafiə dərinliyimizi Tərtər-Bərdə-Goranboy istiqamətində nəzarətdə saxlayırdılar. O zamanki təmas bölgəsində olan mülki yaşayış məntəqələrini Tapqaraqoyunlu, Tərtərin Çaylı kəndini atəşə tuturdular. Yüksəkliklər nəzarətimizə keçməklə bunun qarşısı alındı.
Digər strateji əhəmiyyəti bundan ibarətdir ki, Tərtər- Ağdərə- Kəlbəcər yolu ermənilər üçün əsas təminat yolu sayılırdı. Təbii ki, bu ərazilər bizim hərbi qüvvələrin ən çətin əməliyyat apardığı coğrafi ərazilər idi. Bölmələrimiz aşağıdan yuxarıya doğru yüksəkliklərə qalxmalı idilər. Ermənilər 30 illik işğal dövründə Suqovuşan və Talış yaşayış məntəqəsinin qarşısı və ətrafındakı yüksəkliklərində çox möhkəmlənmişdilər. Xüsusilə təmas zolağını həddindən artıq minalamışdılar. Orada çox çətin keçiləcək Ohanyan həddi yaratmışdılar. Bu zirvələrdə onlar dəmir beton hədləri yaratmışdılar ki, bizim aviasiya -artilleriya vasitələri atəş altına alanda ermənilər bunkerlərdə qoruna bilirdilər. Bizim piyada qoşunlarımız hərəkət edəndə erməni qoşunları eyni yerdən atəşi davam etdirə bilirdilər.
Yəni bütün mühəndis- istehkam qüvvələrini Ermənistan yerin altına gömmüşdü. Onları atəşə tutmaq çətin idi. Bizim bu istiqamətdə əks-hücum həyata keçirən silahlı qüvvələrimiz mümkünsüzü bacardılar. 7 günə strateji əhəmiyyətli bu bölgəni nəzarətə götürmək təbii ki, itkilərə səbəb oldu. Füzulidən sonra ən çox itki Suqovuşanda verdik. 644 nəfərə yaxın itki verdik, ancaq ən ağır tapşırıq da burada əks hücumda həyata keçirildi. Nəzarətə götürüləndən sonra "Madagiz" adı "Suqovuşan"a dəyişdirildi. Bu istiqamətdə döyüşən 10647 nəfər Suqovuşanın azad olunmasına görə medalla təltif olundular. Say onu göstərir ki, Suqovuşan nə qədər əhəmiyyətli idi və nə qədər hərbi heyət cəlb olunmuşdu. Bu bölgələr nəzarətə keçəndən sonra şimal cəbhəsində Tərtər- Goranboy istiqaməti təhlükəsiz, düşmənin atəş altına ala bilməyəcəyi bölgəyə çevrildi. Bu bölgə gələcəkdə turizm infrastrukturu baxımından gözəl təbiətinə görə ən perspektivli zonaya çevriləcək. Suqovuşan su anbarının da nəzarətə keçməsinin çox böyük iqtisadi faydası olacaq. Bu bölgələrdəki rayonların suvarma sıxıntısı olmayacaq. İki su elektrik stansiyası da tikilib, Suqovuşan 1 və Suqovuşan 2. Suqovuşan əməliyyatının həyata keçirilməsini Azərbaycanın ən yeni hərb tarixində çox parlaq səhifə kimi qiymətləndirirəm. Bu bölgə apardığımız əməliyyatlar baxımından 3 bölgə ilə müqayisə oluna bilər. Onlardan biri Murov, digəri Şuşadır".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 3622   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo

13 may 2024
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024