Sərxoşlar zamanla necə alkoqolikə çevrilir? - Mütəxəssis AÇIQLADI

Sərxoşlar zamanla necə alkoqolikə çevrilir? - Mütəxəssis AÇIQLADISəhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov məişət sərxoşluğu ilə alkoqol asılılığı barədə danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Orxan müəllim, alkoqolizmin əsas əlamətləri hansılardır?

- 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Alkoqolizm" terminini Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT) çıxararaq, "alkoqoldan asılılıq sindromu" termini ilə əvəz etdi (F10.2; Alkoqolun istifadəsi ilə əlaqədar asılılıq sindromu).

Alkoqoldan asılılıq sindromu (Xəstəliklərin Beynəlxalq Təsnifatı-10) aşağıdakı əlamətlərə malikdir: alkoqolun qəbuluna güclü həvəs və ya alkoqolun istifadəsinə israrlı təlabat; alkoqolun qəbulu üzərində nəzarət qabiliyyətinin itməsi; alkoqoldan məhrum edilmə "abstinent" sindromu; alkoqola qarşı tolerantlığın artması; qabağını alan sosial faktorlara baxmayaraq, bir qayda olaraq həm iş, həm də istirahət günlərində spirtli içkilərin qəbuluna tendensiya; aydın, aşkar zərərli nəticələrin olmasına baxmayaraq, alkoqoldan istifadəni davam etmək.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da spirtli içkilərin istifadəsi qadağan olunmayıb. Bu səbəbdən məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər.

- Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?

- Alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpa olunmaz üzvi dəyişikliklərə səbəb olur. Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər. Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).

- Spirtli içkilərdən asılılıq daha çox hansı yaş aralığında olan insanlarda təsadüf edilir?

- Nəzərə alaq ki, alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur. Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir.

Lakin son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir. Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlirik.
- Müalicə və psixoloji yardım ilə birgə bu asılılıqdan azad olmaq mümkündürmü?

- Alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştikarı tələb olunur. Bunun üçün ilk növbədə pasient öz asılılığını etiraf etməlidir. Bu halda o alkoqol asılılığından azad ola bilər.

Respublika Narkoloji Mərkəzinin Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxsləri yenidən cəmiyyətə inteqrasiya etməsidir.

- Övladları, yaxınları alkoqol asılılığından əziyyət çəkənlərə məsləhətiniz nə olardı?

- Yuxarıda qeyd etdiyimiz kimi, formalaşmış asılılıqdan azad olunmaq üçün ən əsas pasientin özünün təşəbbüsü və asılılıqdan azad olunmaqda qərarlılığıdır. Ailənin, yaxınların bu zaman onun yanında olub ona dəstək verməsi vacib bir şərtdir. Belə ki, ailənin dəstəyi olmasa bu pasientlər müalicədən əvvəl onsuz da itirdikləri mövqelərinin bərpasına olan ümidlərini itirəcəklər.

Çox vaxt həkimlər xəstənin yaxınları tərəfindən onun vəziyyətini düzgün qiymətləndirilməməsinin şahidi olurlar. Belə ki, onlar xəstəliyi "pis vərdiş" kimi qəbul edirlər. Xəstəni içki aludəçisi olduğu üçün günahlandırırlar. Bu, heç də səmərəli yanaşma deyil. Xəstənin müalicə həkimi birinci növbədə ailə üzvlərini və yaxınlarını bu asılılığın xəstəlik olduğu barədə məlumatlandırmalıdır. Xəstə müalicə və reabilitasiya prosesindən sonra ayıq həyat tərzinə qayıtdıqda yaxınları tərəfindən ona şübhə ilə yanaşmaq, daimi nəzarət və tənbeh etmək cəhdləri xəstədə etiraz yarada bilər. Bu onun spirtli içki istifadəsinə yenidən başlamasına təkan ola bilər.

Alkoqol asılılığı ilə mübarizə uzun müddət tələb edən bir prosesdir. Bu səbəblə asılılıqdan əziyyət çəkən pasientlərlə daha təmkinli olmaq, onları müəyyən mənada həyata stimullaşdırmaq, sosial durumlarını yaxşılaşdırmağa doğru yönələn addımlar atmaq lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1026   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb

Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə

16 oktyabr
.

Meksika sahillərinə qasırğa yaxınlaşır: küləyin sürəti saatda 195 kilometrə çatıb

Sakit okeanda formalaşan "Trudi" qasırğası güclənərək üçüncü kateqoriyaya çatıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 195 kilometrə yüksəlib və qasırğa Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Məlumata əsasən, qasırğa səhər saatlarında Akapulko şəhərində

16 oktyabr
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Hücumlar davam edir, Avropa Kiyevə dəstəyini artırır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hərbi əməliyyatlar və enerji infrastrukturlarına hücumlar gündəmdə qalır. Ukraynanın müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar var. Eyni zamanda, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirir, Qara dənizdə təhlükəsizlikl

16 oktyabr
.

Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi

Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxsləri

17 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur

Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt

17 oktyabr
.

Fransada 500 etiraz aksiyası gözlənilir

Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd

17 oktyabr
.

ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri

16 oktyabr
.

Ağ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi

Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd

17 oktyabr