Ermənilərlə eyni kənddə keçən qorxu dolu 5 ay 15 gün - "Zar mağarası"nın sirli keçmişi - VİDEO
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ermənilərdən qaçaraq Zar mağarasına sığınmış şəxslərin xatirəsinə həsr olunmuş sənədli film hazırlayıb.
BAKU.WS xəbər verir ki, sənədli film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 kişi və 1 qadının həmin mağarada yaşadıqlarından bəhs edir.
4 kəlbəcərli 1993-cü il aprelin 2-dən sentyabrın 15-nə kimi Zar mağarasında yaşayıb. Belə ki, ermənilər Kəlbəcəri işğal edəndə hamı kənddən çıxıb, üç qadın və bir kişi kəndi vaxtında tərk edə bilməyib. Onlar sağ qalmaq üçün çıxdıqları yolda erməni silahlıların atəşinə tuş gəliblər, daşların-qayaların arxasına sığınaraq sağ qalıblar və gecə geriyə - kəndə qayıdıblar. İşğalçılar bu kəndə gəlib çatanda isə sözügedən 4 nəfər çox az adama bəlli olan Zar mağarasına sığınıblar. Onlar gündüzlər mağarada qalıb, gecələr mağaranın üstündəki evlərə gedib ərzaq, pal-paltar, qab-qacaq götürüb geri qayıdıblar. Tez-tez mağaranın üstündə atəşfəşanlıq edən, oynayıb-oxuyan ermənilərin kənddə hələ də kimlərinsə qaldığından xəbəri olmayıb. Onlar kənddə post qurmuş erməni əsgərlərin, mülki şəxslərin kəndi necə qarət etdiklərinin şahidi olublar, təlim keçmiş itlərin dəfələrlə gəlib mağaranın ağzında hürmələrinin, erməni əsgərlərin mağaranın girişini axtarmalarının qorxusunu yaşayıblar.
Filmin 4 saatdan çox çəkən çəkilişləri Ermənistanla sərhəd ərazidə Zar kəndindəki sözügedən mağarada çəkilib. "Zar mağarası" filminin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur.
Rejissor Hüseyn Kazımov bildirib ki, film yerli audotiriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə də hesablanıb:
"Film çətin relyefdə və bir o qədər çətin şəraitdə çəkildi. Düşmənlə sərhəd ərazidə filmin çəkilişlərini 4 saata bitirdik. Filmdə mağarada 5 ay 15 gün qalmış şəxslərin ailə üzvləri, yaxınları və başqaları yer alıblar".
Sənədli filmin ssenari müəllifi Almaz Mahmud isə qeyd edib ki, mağarada yaşayan 4 insan çox əzablı günlər keçiriblər:
"Onlar düşməndən qaçaraq sağ qalmaq üçün mübarizə aparıb, 6 aya yaxın davam edən bu mübarizədən qalib ayrıla biliblər".
Sənədli film 5 oktyabr saat 22:30-da AzTV-də yayımlanacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1324 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib
16 oktyabrBakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrErmənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini
17 oktyabrBu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
18 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrDövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray
17 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabr