Həbsdə saxlanılan azərbaycanlı qazinin vəkili: "Hakimlərdən biri qol çəkib, ikisi qalıb"
"Bu gün Obuxov məhkəməsi baş tutmadı. Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər".
Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Ukrayna səfirliyinin qarşısında aksiya keçirilib:
"Azərbaycan Vətənpərvərlər Partiyası və Varis Şəhid Ailələri və Qazilərə Qayğı İctimai Birlikləri tərəfindən aksiya təşkil olundu. Bu, üçüncü belə aksiyadır. Bəyanat hazırlanmışdı. Aksiyanın sonunda Ukrayna səfirliyinin nümayəndələrinə bəyanat təqdim olunmalı idi. Lakin Ukrayna səfirliyinin nümayəndəsi qarşılarında şərt qoydu ki, "mən o halda çıxıb sənədi götürə bilərəm ki, media işçiləri olmasınlar". Bu şərt qəbul olunmadı. Bəyanatdan imtina olundu".
A.Rəfiyeva qeyd edib ki, işə baxılması süni şəkildə uzadılıb:
"18 may tarixli həbsin uzadılması haqqında qərar 27 sentyabr tarixində Kiyev Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz hesab olunub. Lakin Misir və Sübhan həbsdən azad olunmayıblar. Bununla bağlı qərarın dərhal hazırlanmasına baxmayaraq, bizə demişdilər ki, oktyabrın 3-ü səhər saat 10:00-da qərar hazır olacaq. Bu gün səhər saat 09:00-dan Misirin Ukraynadakı vəkili Kiyev Apellyasiya Məhkəməsinə getmişdi. Apellyasiya Məhkəməsi qərarın verilməsini uzatdı. Səbəb də o gətirildi ki, hakimlərdən biri qol çəkib, ikisi qalıb. Məhkəmə iclası ləğv olundu".
Vəkil vaxtın qəsdən uzadıldığını əlavə edib:
"Misirin məhkəmədə iştirakı təmin olunmadı. Bu gün Obuxov məhkəməsi baş tutmadı. Onların qanunsuz saxlanılması ilə bağlı qərarı məhkəmə saat 14:00-da təqdim etdi. Qəsdən vaxt uzadıldı. Prosesi pozdular".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1789 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib
16 oktyabrBakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrErmənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini
17 oktyabrBu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli
18 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrDövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray
17 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabr