Gənclər Fondu istedadlı tələbələrin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir
Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir.
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.
Müsabiqə qaliblərinin 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Qeyd edilən müsabiqəyə 40 dövlət ali təhsil (filialları da daxil olmaqla) və 46 dövlət orta ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələri müraciət edə bilərlər.
Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürüləcək. Şəhid və qazi övladlarının təhsilinin davamlılığına dəstəyin göstərilməsi müsabiqənin əsas prioritetləri sırasında olacaq. Bununla yanaşı, seçim zamanı ali təhsil müəssisələrinin və müvafiq Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaq.
Qeyd edək ki, Gənclər Fondu tərəfindən analoji müsabiqələr 2018-ci, 2019-cu və 2020-ci illərdə təşkil edilib və qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddət ərzində qarşılanıb.
Müsabiqədə iştirak etmək istəyən gənclər Fondun rəsmi internet səhifəsi (www.youthfoundation.az) və "GəncAPP" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını doldurub sayt üzərindən Fonda göndərməlidirlər.
Son müraciət tarixi: 1 noyabr 2022-ci il, saat 18:00.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və "GəncAPP" mobil tətbiqində yerləşdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 859 Tarix: 04 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabr"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib
16 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabr65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17 oktyabrBakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrAzərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabr