Səfərbərlik Xidmətinə xəbərdarlıq edildi
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xəbərdarlıq edib.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova "Facebook"da paylaşım edib:
"Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən abidəyə 13.09.2022-ci il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin binanın fasadında ayağaltılar qurulmaqla və dam hissəsinə qeyri-qanuni müdaxilələr edilməklə təmir-bərpa işlərinə hazırlıq görüldüyü aşkar olunub.
Görüləcək işlərin dayandırılması və həmin işlərə dair layihənin razılaşdırılması ilə bağlı 16.09.2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub ünvanlanıb. Lakin ünvanlanmış məlumatlandırıcı məktuba rəğmən layihə razılaşdırılmadan təmir işlərinə başlanılıb və hazırda davam etdirilir.
Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tarix-memarlıq abidəsinin qorunmasına həssas yanaşaraq qısa zamanda təmir-bərpa işlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin edəcək.
Əks halda yol verilmiş müdaxilə faktına görə protokolun yazılması və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4656 Tarix: 04 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas
3 mayMetro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK
May ayında Ümumdünya Şəhərsalma Forumu ərəfəsində paytaxtda nəqliyyat sahəsində rəqəmsal yeniliklər davam edir. Silsilə tədbirlər çərçivəsində artıq həm marşrut avtobuslarında, həm də metropolitendə xarici bank kartları ilə ödəniş imkanı yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-y
2 mayAzərbaycan toylarında DƏYİŞİKLİK
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. O, muğam ifaçılarının da buna şərait yaratdığını bildirib. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyə
3 mayÜç gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. "Yeni Sabah" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə
3 mayÖlkədə pensiya yaşı 60-a SALINIR?
Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər. Əsasən pensiya yaşı, pensiy
2 mayLeyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları
3 may