Ərdoğan və Paşinyanın görüşündən nə gözlənilir? - RƏY

Ərdoğan və Paşinyanın görüşündən nə gözlənilir? - RƏYTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-7-də Praqada görüşəcək.
Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.

Politoloq Elşən Manafov Sonxeber.az-a bildirib ki, tərəflər arasında müzakirəyə çıxarılacaq məsələlər ətrafında hər hansi ciddi razılıqların əldə ediləcəyi gözlənilən hal deyil:

"Praqada tərəflər arasında baş tutacaq göruşün perspektivdə səmərəsi Ermənistanin baş nazirinin sərgiləyəcəyi mövqedən asılı olacaq. Türkiyə regionda dayanıqlı sülh və sabitliyin bərqərar olması naminə 3+3 formatında əməkdaşlığın qurulması və genişləndirilməsinin zəruri olması mövqeyindən çıxış edir. Ermənistanla münasibətlərdə olan mövcud problemlərin həlli məqsədilə rəsmi Ankaranın irəli sürdüyü məlum şərtlər var ki, onlara əməl olunması danışıqlarda əldə edilə biləcək razılıqların təməl prinsiplərini təşkil edə bilər. Türkiyə Ermənistandan "Türkiyə Ermənistanı" kimi bədnam mövqedən imtina(1920-ci ilin Sevr muqaviləsindəki maddə), 1915-ci ilin hadisələrinin obyektiv araşdırılması və onlara qiymət verilməsi üçün ikitərəfli komissiyanın yaradılması, Azərbaycana olan ərazi iddialarından imtina, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması, 2020-ci ilin üçtərəfli Moskva razılaşmasının şərtlərinin yerinə yetirilməsi və s. məsələlərə münasibətdə qəti və birmənalı mövqenin sərgilənməsini tələb edir. Azərbaycanla demarkasiya, habelə nəqliyyat kommunikasiya dəhlizlərinin açılmasını razılıq müqabilində Türkiyə də Ermənistanla 1993-cü ildən bağlı qalan sərhədlərin açılacağına təminat verməyə hazır olduğunu bildirir. Lakin Paşinyan iqtidarının son vaxtlar Azərbaycanı təxribata çəkmək məqsədi ilə təmas xəttində atəşkəs barədə razılığın şərtlərini kobud şəkildə pozması, ABŞ-ın sifarişi və tələbləri ilə danışıqları pozmaq üçün nümayişkəranə şəkildə etdiyi demarşlar, danışıqların danışıqlar naminə aparılması, qeyri-konstruktivlik və nəhayət Paşinyanın müstəqil qərar qəbul etməkdə acizliyi belə bir fikir söyləməyə əsas verir ki, tərəflər arasında müzakirəyə çıxarılacaq məsələlər ətrafında hər hansi ciddi razılıqların əldə ediləcəyi gözlənilən hal deyil".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2236   Tarix: 05 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr