Əli Əsədov Xəzər İqtisadiyyat Forumunda Zəngəzur dəhlizinin əhəmiyyətindən DANIŞDI
"Azərbaycan işğal altındakı ərazilərini azad edəndən sonra regionda nəqliyyat yollarının inkişafı üçün şərait yaranıb".
APA-nın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumunun plenar çıxışında bildirib.
"Bu gün biz regional kommunikasiya layihələrinin üzərində aktiv işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir", - deyə Azərbaycan Baş naziri vurğulayıb.
Əli Əsədov sentyabr 21-də Azərbaycan-İran sərhədində iki ölkənin avtomobil yolları şəbəkəsinin Araz çayı vasitəsi ilə birləşdirdiyi körpünün əsasının qoyulduğunu xatırladıb.
O qeyd edib ki, bu layihə Şimal Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin potensialının yüksəldilməsinə istiqamətlənib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 805 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr