Praqa görüşünün nəticəsi yekun sülh olacaq? - RƏY

Praqa görüşünün nəticəsi yekun sülh olacaq? - RƏYÇexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub.

Politoloq Elşən Məmmədli Sonxeber.az-a bildirib ki, Yelisey sarayının saytı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması barədə məlumat versə də, buna etibar etmək olmaz. Çünki rəsmi Bakı və İrəvan bununla bağlı rəsmi açıqlama verməyib:

"Praqada Avropa İttifaqinin sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanin baş naziri Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayına aid olan sayt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini taniması barədə məlumat yayımlanıb. Məlumatda baş tutmuş görüşdə Fransa prezidenti Makronun iştirak etməsi və əldə edilmiş razılıqlarda Fransanın da yer alması barədə mövqe açıqlanıb. Əlbəttə, belə bir xəbər illərdir münaqişə tərəfləri arasında münasibətlərdəki gərginliyin aradan qaldırılması və bununla da nəhayət ki, tərəflərin sülh müqaviləsinin imzalanması istiqamətində gedilən yolda razılığa gəlməsini böyük ümid və intizarla gözləyənləri sevindirməyə bilməz. Lakin görüşlə bağlı rəsmi Bakının və İrəvanın dövlətlər səviyyəsində hər hansı açıqlamalar vermədiyi bir şəraitdə Yelisey sarayının saytında verilmiş məlumata etibar etməmək üçün əsaslarımız var. Əvvəla, Şarl Mişelin göruşlə bağlı verdiyi bəyanatda Ermənistanın belə bir mövqe sərgiləməsi barədə hər hansı fikir yoxdur. Praqada tərəflər arasında görüşün baş tutması hər iki tərəfin Brüsselin vasitəçiliyi ilə gedən danışıqlara böyük önəm və əhəmiyyət verməsinin göstəricisi kimi diqqəti cəlb edir. Bu cür göruşlərdən sonra Ermənistanın hər zaman Brüssel və Moskva razılaşmalarının şərtlərini yerinə yetirməkdən boyun qaçırmaq üçün təxribatlar törətməsi məlumdur. Digər tərəfdən Praqadakı görüşdə Makronun deyil, Türkiyə prezidenti Ərdoğanın iştirak etməsi, moderator rolunda çıxış etməsi faktdır, cənab Makronun diplomatik etiket qaydaları gözlənilməklə görüşdən uzaqlaşdırılması hamının gözü qarşısında baş vermişdir. Buradan isə belə nəticəyə gəlmək olar ki, rəsmi Paris Cənubi Qafqazda Tükiyənin getdikcə artmaqda olan rolu və nüfuzuna qisqanclıqla yanaşır, tərəflər arasındakı danışıqlarda Türkiyə və Rusiyanin deyil, əksinə AB, xüsusilə Fransanın dominant rolda çıxış etməsi barədə gerçəkliklərdən uzaq mövqeni qabartmaq, perspektiv üçün danışıqlarda təşəbbüsü ələ almağa çalışır. Bu məsələnin mahiyyətinə varmaq üçün son vaxtlar Fransa, Türkiyə, AB Türkiyə arasında yaşananlara tarixi ekskursiya etmək, Rusiya ilə bağlı Qərbin mövqeyini dəstəkləmədiyinə görə Qərbdə bəlli dairələrin Ərdoğanin üstünə getmək üçün səylərinin gücləndirilməsi ilə bağlı proseslərə varmaq lazımdır. Azərbaycanda da Fransanın ermənipərəst mövqedən çıxış etdiyinə görə ona etibar edilməməsi ilə bağlı fikirləri əsaslandırmağa ehtiyac yoxdur. Bütün bunlarla bahəm Praqada tərəflər arasında keçirilmiş danışıqlarda Azərbaycan prezidentinin irəli sürdüyü 5 məlum şərt əsasında tərəflər arasında hətta şifahi şəkildə hər hansi razılığın istisna edilməsi ona görə mümkündür ki, Paşinyan son vaxtlar ABŞ-ın dəstəyi və sifarişi ilə ciddi revanaşlar edir, Rusiyanin iştirakı olmadan guya ki, problemin həllinin mümkün ola biləcəyi ilə bağlı AB nə mesajlar verməyə çalışır, ATƏT-in Minsk qrupunu ABŞ-ın sifarişi ilə danışıqlara qaytarmağa çalışır".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3656   Tarix: 07 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr