Ölkəmizdə ən çox yüklənən pulsuz mobil tətbiqlər hansılardır?
Statistika göstərir ki, Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN işlədir. Dünya üzrə saytların, sosial medianın və mobil tətbiqlərin fəaliyyətini analiz edən müxtəlif platformalar var. Bu alətlərdən istiafdə etməklə hər bir ölkə üzrə bütövlükdə ümumi mənzərəni görmək olar.
Ölkəmizdə ən çox yüklənən pulsuz mobil tətbiqlər hansılardır ?
Bu barədə Sonxeber.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib.
O bildirib ki, Azərbaycanda və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə görmək olar ki, vəziyyət, elə də xoşagələn deyil.
"Qlobal statistikadan görsənir ki, son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyində yalnız VPN-lərdir. Ümumiyyətlə isə, ilk on beşliyə nəzər salanda görmək olar ki, böyük əksəriyyət VPN-lərdi.Bu, çox düşündürücü məqamdır. Bu analizdən anlaşılır ki, smartfon istifadəçilərimizinn əksəriyyəti VPN işlədir. Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. App Store diqqət yetirdikdə nisbətən fərqli situasiyadır. Amma burada da VPN-Lər nəzərə çarpır. Ermənistan istifadəçilərinin maraq dairəsinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə VPN gündəmdə deyil. Çox güman ki, bir müddət öncə tətbiq edilən bloklanma aradan qaldırılıb.
Şübhəsiz ki, istifadəçilərimizin VPN-dən istifadəsinin kökündə TikTok sosial şəbəkəsi dayanır. Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb.
Məlumat vermişdim ki, bir müddət öncə TikTok rəsmiləri ilə görüşdüm. Onlar özlərindəki statistikaya əsasən Azərbaycanda 3 milyon TikTok istifadəçisi olduğunu bildirdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir.
TikTok-la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır,məncə. Həm milli təhlükəsizliklə bağlı, o cümlədən də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir. Baxmayaraq ki, TikTok rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün TikTok məhdudlaşdırılmalıdır. Düşünürük ki, VPN-lədən istifadə əsasında TikTok istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir. Amma, ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı.
Fikrimcə, digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı.
Digər sosial resurslarda olduğu kimi, bu platformada da faydalı kontentin yaradılmasına, gənclər üçün burada daha faydalı, intellektual resursların hazırlanmasına, biznes və tanıtım üçün daha effektiv istifadəsinə , bütövlükdə Azərbaycan maraqları üçün bu platformadan daha effektiv istifadəyə diqqət yetirmək doğru olardı".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi