Kəmaləddin Heydərov Azərbaycan idmançısından nə xahiş edib? - Boksçu ilk dəfə açıqladı
"Peşəkar boksa erkən keçmək lazımdır. Amma mənim obyektiv səbəblərim var idi. Azərbaycan Boks Federasiyasının o vaxtkı rəhbəri Kəmaləddin Heydərov məndən daha bir olimpiya tsikli üçün milli komandada qalmağımı xahiş etdi. Mən sona qədər qaldım ki, Azərbaycana faydalı olum, ölkənin bayrağını qaldırım. 2017-ci ildə üçüncü dəfə dünya çempionu oldum".
Sonxeber.az xəbər verir ki, bu sözləri "azerisport.com"a müsahibəsində Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı, 3 qat Dünya və bir dəfə Avropa çempionu Məhəmmədrəsul Məcidov bildirib.
Peşəkar boksçu əlavə edib ki, Azərbaycanda peşəkar boks sənayesi yoxdur, mediada işıqlandırılmır: "İkinci problem boksçuların özləridir. Boksçu qalib gəlmək üçün ac olmalıdır. Bizim oğlanlar ilk əhəmiyyətli uğurdan sonra özlərini itirirlər. Artıq məşqə vaxt tapmırlar, tənbəlliklərinə qalib gəlmək istəmirlər. Pul gördükcə, boks arxa plana keçir".
Məhəmmədrəsul Məcidov həmçinin deyib ki, zədədən tam sağalıb və altı aya yaxındır ki, aktiv məşq edir: "Rinqə girməyə hazıram. Menecerlərimin döyüş təşkil edəcəyini gözləyirəm. Promouterlərlə danışıqlar gedir, amma hələlik gözləməliyəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1641 Tarix: 13 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü
Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil. Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir. Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda "Kartınız etibarsızdır"
4 martNazir təyin olunan Fərid Bağırzadə KİMDİR? - DOSYE
Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirini təqdim edir:. Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyalar
4 mart"Zorge" parkının içindən yol salınıb? - Fotolar
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Rixard Zorge" adına parkdakı ağacların arasında yeni yol salınıb. "Qafqazinfo" xəbər verir ki, bir müddət öncə bu barədə paylaşım edən memar Elçin Əliyev ərazidən fotolar paylaşaraq həmin ağacların sözügedən parkda onilliklər boyu bitdiyin
5 martSabah 17 dərəcə isti olacaq
Azərbaycanda martın 6-da havanın 17 dərəcəyədək isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləy
5 mart"İftar menyusu"nda bu gün
Axşam.az İftar menyusunu təqdim edir:. Küftəli şorba. Ərzaqlar:. 2 xörək qaşığı kərə yağı. 2 xörək qaşığı un. 6 stəkan soyuq su (1200 ml). 1 stəkan bişmiş noxud. Yarım çay stəkanı düyü. 1 çay qaşığı duz. Küftələr üçün:. 250 q qiymə. 1 çay qaşığı duz. Yarım çay qaşığı qara istiot. Üstü üçün:. Un. Küftələr
4 mart