Viruslara qarşı tozsoran yaradılıb - FOTO
"Dyson" qapalı məkanları effektiv şəkildə təmizləyə və virus xəstəliklərinin qarşısını ala biləcək naqilsiz tozsoran təqdim edib.
Britaniya firmasının "Gen5detect" modeli dəqiqədə 135 min dövrəyə qədər sürətlə fırlana bilən yeni mühərrikə malikdir ki, bu da brendin cihazları üçün ən yüksək göstəricidir.
Şirkət həmçinin yeni cihazı virus hissəciklərini effektiv şəkildə tuta bilən ilk tozsoran adlandırıb.
Viruslarla mübarizə aparmaq üçün tələb olunan sistem təkcə güclü mühərrikdən deyil, həm də qapalı qaba yerləşdirilmiş xüsusi filtrindən ibarətdir. Mühəndislərin fikrincə, məhz onun sayəsində çirkli hava tozsorandan kənara çıxmır.
"Dyson" qeyd edib ki, yeni tozsoran 0,1 mikron qədər kiçik hissəcikləri içərisinə çəkə bilir ki, bu da təxminən bir COVID-19 hissəciyinin ölçüsünə bərabərdir. Şirkət dəqiqləşdirib ki, qurğu H1N1 donuz qripi virusu və MS2 bakteriofaqı üzərində sınaqdan keçirilib.
Cihazın toz qabının tutumu 0,77 litrdir.
Həmçinin, "Gen5detect"-in ön hissəsində təmizlənməmiş sahələri aşkar etmək üçün istifadə edilə bilən işıq var. Bundan əlavə, tozsoran tozun miqdarını təhlil edən və onun haqqında məlumatları displeydə göstərən sensora malikdir.
"Dyson" tozsoranın satışa buraxılma tarixi və onun dəyərini açıqlamayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 966 Tarix: 13 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl
17 oktyabrQırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabr