Belarusa 9 minə yaxın rus hərbçisi gələcək

Belarusa 9 minə yaxın rus hərbçisi gələcək9 minə yaxın rusiyalı hərbçi birləşmiş qoşun qrupunun (BQQ) yerləşdirilməsi çərçivəsində Belarusa gələcək.

Bu barədə İnterfaks agentliyi yazıb.

"BQQ-nin tərkibində olan rus hərbçilərinin ilk eşelonu Belarus Respublikasına gəlməyə başladı. Köçürülmə bir neçə gün çəkəcək". Bu fikirləri beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri, nazirin köməkçisi Valeri Revenko bazar günü tvitində yazıb.

Onun sözlərinə görə, hərbçilərin ümumi sayı 9 min nəfərdən bir qədər az olacaq.

Revenko qeyd edib ki, daha ətraflı məlumat oktyabrın 17-də hərbi attaşelər üçün keçiriləcək brifinqdə veriləcək.

Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə "İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar" birləşmiş qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiyini bəyan edib.

Lukaşenkonun sözlərinə görə, bu barədə razılıq MDB-nin qeyri-rəsmi sammitindən sonra Rusiya prezidenti ilə Sankt-Peterburqda keçirilən təkbətək görüş zamanı əldə olunub.

Belarus Müdafiə Nazirliyi qrupun "hərbi təhlükəsizlik sahəsində bərabərliyi təmin etmək və Belarusda sülhü qorumaq üçün" yerləşdirildiyini, həmçinin bu qərarın "dövlətin müdafiəsinin gücləndirilməsi maraqları naminə həyata keçirildiyini" vurğulayıb./Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 955   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb

Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə

16 oktyabr
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

17 oktyabr
.

Simonyan anklavlar haqqında danışdı

Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya

16 oktyabr
.

İspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir

İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr

16 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16 oktyabr
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17 oktyabr