Qətər əmiri Putinə "Futbol başlayır, müharibəni dayandır" deyibmi?

Qətər əmiri Putinə "Futbol başlayır, müharibəni dayandır" deyibmi?Gələn ay başlayacaq dünya çempionatının təşkili üçün 200 milyarddan çox dollar xərclənib; futboldakı kimi, "heç-heçə" bu müharibənin sonu kimi ən yaxşı variant ola bilərdi, amma...

Ukrayna müharibəsinin "ayaq səsləri" eşidiləndə Pekin Qış Olimpiadasının başlamağına, yəni fevralın 4-nə sayılı günlər qalmışdı. 2008-ci ildə Pekin Yay Olimpiadasının açılış günü baş verənlər - 5 günlük Gürcüstan-Rusiya müharibəsini xatırlamayan varmı? Yanvarda Si Cinpin Rusiya liderindən Pekin olimpiadası zamanı Ukraynaya müdaxilə etməməyi şəxsən xahiş etdiyi barədə xəbərlər yayılmışdı. Bu məlumatların nə dərəcədə həqiqət olduğu hələ də bilinmir, amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olimpiada bitəndən 3 gün sonra, fevralın 24-də başladı...

Noyabrın 21-də Qətərdə futbol üzrə dünya çempionatı start götürməli, dekabrın 18-də isə başa çatmalıdır.

Dünyanın dəngəsi indi o qədər qarmaqarışıqdır ki, "başlayacaq" və "başa çatacaq" hökmü vermək olmur. Qətərdən əvvəl 2018-ci ildə dünya çempionatına ev sahibliyi etmiş Rusiya bu mundialda iştirakdan hələ pley-off mərhələsində uzaqlaşdırıldı, Ukrayna millisi isə Uelsə uduzdu və o da ilk dəfə qışda olacaq dünya birinciliyindən kənarda qaldı.

Qətərin bu çempionatın təşkili üçün təxmini xərcləri 200 milyard dollardan çoxdur. Bu, 8 aydır davam edən müharibədə Qərbin Ukrayna üçün qoyduğu "maya"dan hələ ki, çoxdur. Bu müharibəyə Amerika və Avropa qoşulsa da, hərbi əməliyyatlar Qətərdən çox uzaq Ukrayna ərazisində gedir. 1942-ci ildə dünya çempionatı o səbəbdən təxirə salındı ki, bütün Avropa od içində idi və futbol vaxtı deyildi. Əslində, o zaman FİFA çempionata hələ iki-üç il qalmış Avropada "qan-qan" deyən Almaniyanın ev sahibliyinə isti baxmamışdı. O səbəbdən dünya çempionatının harada keçiriləcəyi (bəzi məlumatlara görə, Braziliya, Uruqvay və Argentina çempionatı birgə keçirməyi istəyirdi) dəqiqləşmədən mundiual təxirə salındı.

Qətər bu çempionata 8 ildir hazırlaşır, pul xərcləyir, həm də istəyir ki, ev sahibi kimi pul da qazansın. Amma Ukrayna müharibəsi səbəbindən Avropada ciddi krizis yaranıb, əhali maddi çətinliklərlə üzləşib, üstəlik, enerji böhranının qışda daha da ciddiləşəcəyi gözlənilir. Dünya çempionatında əsas azarkeş kütləsi həmişə avropalılar olurlar, indi vəziyyət necə olacaq, hələ ki, aydınlıq yoxdur.

Bu fonda Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Tani ötən həftə Astanaya gəldi və Putinlə görüşdü.

Rusiyanın çempionatın təşkilində Qətərə köməklik etdiyi məlumdur. Türkiyənin də çempionat vaxtı təhlükəsizliyin qorunmasında Qətərə ciddi dəstək verəcəyi artıq razılaşdırılıb. Qətər məlumdur ki, həm də qaz ixrac edən lider ölkələrdən biridir və Rusiya ilə müzakirə ediləsi məsələlər vardı. Amma indi Qətəri ən çox narahat edən yəqin ki, davam edən müharibədir. O səbəbdən bu görüş "əcəba, dünya çempionatınadək müharibə bitə və ya atəşkəs ola bilərmi" sualını aktuallaşdırıb.

Qətər əmirinin Putinlə Ukrayna müharibəsini müzakirə etdiyi bildirilir. Güman ki, Əl Tani Putinin mövqeyini öyrənib, özləri üçün mənzərini aydınlaşdırıblar. İndi müharibədə elə bir mərhələdir ki, hər iki tərəf bütün gücünü hərb meydanında daha əlverişli mövqelər qazanmağa yönəldib. Putinə indilikdə "dayan" deməyə, heç ən yaxın adamı müdafiə naziri Şoyqu belə bəlkə də cəsarət etməz, ola ki, Qətər əmiri... Ukrayna isə ölkəsinin taleyinin həll olunduğu vaxt dünya çempionatını düşünəcək halda deyil. Həm də bu məsələdə qərarın heç də Kiyevdə verilmədiyini nəzərə alsaq...

Dünya çempionatı müharibənin başlamasının 9-cu ayına təsadüf edəcək. Birinci Dünya müharibəsində 9 aydan sonra kimin qalib, kimin uduzduğu artıq bəlli idi, baxmayaraq ki, sülhə yol bir qədər uzun çəkdi. Bəzi təhlillərə görə, qışa qədər də Ukrayna müharibəsində kimin qalib, kimin uduzduğu aydınlaşmalıdır. Müharibədən sülhə keçid uzana bilər, amma hərb meydanında mənzərə aydınlaşarsa, nə Rusiya, nə də Ukrayna əməliyyatları üzücü həddə uzada biləcək. Rusiya anlayır ki, əks-hücuma keçib, məsələn, Xarkov vilayətini yenidən tutmaq çətin olar. Amma o da həqiqətdir ki, ukraynalılar da hücuma xeyli qüvvə sərf edirlər və bu, kifayət qədər itkilərlə nəticələnir.

NATO-nun "bu savaşda Ukrayna qalib gəlməlidir" mövqeyi əslində, riyakarlıqdır. Fərz edək ki, Ukrayna bu münaqişədə qalib gəlib. Ukraynanın Avropanın ən güclü ordusunu məğlub etdiyi halda nə olacaq? Ukrayna bu qələbədən sonra avropalılara olduğu milyardlarla borcu, krediti nümayişkarənə qaytarmayacaq, üstəlik, bu qələbə onu Şərqi Avropanın lideri edərsə, başda məsələn, Polşa olmaqla yeni mini-birlik(lər) formalaşdırmağa başlayarsa, o halda Avropa, NATO peşman olmayacaq ki? Bu səbəbdən müharibəni bitirmək yolları haqda ciddi düşünürlər və bəzi məlumatlara görə, Türkiyə Qərb-Rusiya danışıqları üçün hərəkətdədir...

Futboldakı kimi, "heç-heçə" bu müharibənin sonu kimi ən yaxşı variant ola bilərdi, amma bu, belə görünür ki, artıq mümkün deyil. Qismətimizdə müharibə dövründə dünya çempionatına baxmaq da varmış demək...

Bu müharibənin qalibi "dünya çempionu" olmayacaq, amma nəticə dünyada daha çox şeyi dəyişəcək./Musavat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1359   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çində 500 kq-a qədər yük qaldıra bilən 4 metr hündürlüyündə robot təqdim edilib

Çinin NeodraDynamics şirkəti böyük fiziki güc tələb edən sənaye tapşırıqlarını yerinə yetirmək üçün hazırlanmış ağır humanoid Neo1 robotunu təqdim edib. xəbər verir ki, maşın hidravlik və elektrik mühərriklərini birləşdirir və tərtibatçıların sözlərinə görə, təxminən 500 kq ağırlığında yükü hər iki əll

16 oktyabr
.

Meksika sahillərinə qasırğa yaxınlaşır: küləyin sürəti saatda 195 kilometrə çatıb

Sakit okeanda formalaşan "Trudi" qasırğası güclənərək üçüncü kateqoriyaya çatıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 195 kilometrə yüksəlib və qasırğa Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Məlumata əsasən, qasırğa səhər saatlarında Akapulko şəhərində

16 oktyabr
.

IMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur

Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt

17 oktyabr
.

Fransada 500 etiraz aksiyası gözlənilir

Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd

17 oktyabr
.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

17 oktyabr
.

Qırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi

COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli

16 oktyabr
.

Türkiyədə istintaq: İki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr

17 oktyabr
.

Yəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb

Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə

16 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr