Türk birliyi: 5 milyon kv.km ərazi ilə yeni böyük güc…

Türk birliyi: 5 milyon kv.km ərazi ilə yeni böyük güc…Son zamanlar cəmiyyətdə, mediada, sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də türk respublikaları arasında əlaqələrin sıxlaşması, bunun perspektivləridir. Amma, təəssüf ki, bu məsələnin də müzakirəsi iki uc nöqtədə gedir: bir tərəfdə "Turan" deyib pafosla danışıb artıq yeni vahid dövlət "quranlar", digər tərəfdə isə hər ciddi məsələdə olduğu kimi, bu müzakirəni də zarafata çevirənlər – hər iki uc nöqtədə olanlar məsələnin keyfiyyətli müzakirəsinə mane olurlar.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, hər şeydən öncə statistikanı təqdim edib:

"Rəqəmlər 2021-ci ilə aiddir: Türkiyə - əhali 84 mln., ərazi 783.562 км², ÜDM 810 mlrd. dollar; Azərbaycan - əhali 10,1 mln., ərazi 86.600 км², ÜDM 54,6 mlrd. dollar; Qazaxstan - əhali 19,1 mln., ərazi 2.724.900 km², ÜDM 202,9 mlrd. dollar; Türkmənistan - əhali 6,1 mln., ərazi 488.100 км², ÜDM 40,8 mlrd. dollar; Özbəkistan - əhali 36,9 mln., ərazi 448.978 km², ÜDM 69,2 mlrd. dollar; Qırğızıstan - əhali 6,5 mln, ərazi 199.951 км² , ÜDM 29,5 mlrd. dollar.

Ümumiləşdirsək, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 162 mln. 700 min nəfər, ÜDM-i isə 1 trilyon 207 mlrd. dollardır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.

Bəzi insanlar bu birliyin etnik mənsubiyyət və bir kökdən gələn dil üzərinə qurulması cəhdini rişxəndlə, köhnəlik qalığı kimi qarşılayırlar.

Bütün dünyada 19-cu və 20-ci əsr ideologiyalar savaşından, ideoloji düşüncə tərzinin formalaşmasından keçəndə Türkiyə xaric, digər bu gün mövcud olan türk respublikaları əvvəl Rus imperiyasının, sonra da bu imperiyanın davamı və cild dəyişən varisi olan SSRİ-nin tərkibində olduqları üçün dünyada gedən proseslərdən kənarda qaldılar. Bu gün türk dövlətlərində oturuşmuş ideologiyalar, məsələn, "sol", "sağ", "liberal", "millətçi" cərəyanlar olsaydı, ölkələr arasında solçuların, sağçıların, liberalların, millətçilərin öz birlikləri, təməl prinsiplər üzərində inşa edilən əlaqələri olardı. Bütün bunlar yoxdur, sən Türkmənistanda və ya Özbəkistanda hardan liberal tapasan ki, onlarla iş birliyi qurasan?! Və ya, Qazaxstan solçuları ilə Azərbaycan solçularının ideoloji birliyini necə qurmaq olar ki, onların zatən yox qədər sayları var?! Deməli, ilkin mərhələdə əlaqələrin mədəni, dil, etnik kimlik hekayələri üzərindən qurulması təbiidir, bunun alternativi bir tək dini kimlik üzərindən ola bilər ki, bu da daha ziyanlı nəticələr doğurar, amma din komponenti əlaqələrin yalnız tərkib hissəsi kimi önəmli ola bilər.

Daha bir məsələ odur ki, dil hekayəsi üzərindən qurulub fəaliyyət göstərən formatlar var, məsələn, fransız dili üzərində inşa edilmiş "Frankofoniya" (l’Organisation internationale de la Francophonie (OIF)) təşkilatı var – onlar bundan utanırlarmı?! Təbii ki, yox, əksinə, bu komponenti "yumşaq güc" sayırlar. Bu qurum 54 ölkəni özündə birləşdirir, görün iş nə yerdədir ki, Ermənistan da bu qurumun üzvüdür, hətta 2018-ci ildə OİF-in sammiti İrəvanda keçirilmişdi. Təşkilatın Fransızdilli Parlament Assambleyası (APF), Fransızdilli ölkələrin Universitetlər Birliyi (AUF), öz televiziya şəbəkəsi (TV5Monde), Fransızdilli şəhərlərin Merlər Birliyi (AIMF) var – və heç kəs də bu işi zarafata çevirmir, əksinə, ciddi şəkildə təşkilat institutlaşır.

Türk Dövlətləri Təşkilatının zəif damarlarından biri demokratik institutların olmamasıdır – Türkiyə xaric heç birində seçki institutları, şəhər mer seçkiləri, söz və ifadə azadlığı formalaşmayıb, ənənələr halına gəlməyib. Bəli, bu ciddi maneədir, amma qolları çırmalayıb iş görmək üçün maneə deyil. Əksinə, format dərinləşdikcə, iqtisadi, mədəni, siyasi, hərbi əlaqələr genişləndikcə, dövlətlərin demokratikləşməsi üçün də fürsətlər açılacaq – çünki, biznes, yatırım, investisiyalar bəlli oyun qaydaları istəyir, ən azından, müstəqil məhkəmələrin olmasını labüd edir, müstəqil məhkəmələrin formalaşması isə hüquqi dövlətin digər artibutlarının yaranıb-möhkəmlənməsinə səbəb olacaq.

Digər zəif damar isə Rusiya faktorudur, Moskvanın dominantlığıdır – amma, bütün dünya Rusiyanın zəifləməsi dönəminə hazırlaşır, məhz elə TDT iqtisadi, sosial, siyasi və hərbi institutlaşması Rusiya faktorunun zəifləməsinə səbəb olacaq da, bunu nədən dəyərləndirməyək?! Türk Dövlətləri Birliyinin institutlaşıb əlaqələrin daha da sıxlaşması Şimal təhlükəsinin azaldılması üçün çox önəmlidir.

Beləliklə, bu məsələnin ciddi müzakirəsinə, Türk Dövlətləri Təşkilatının institutlaşmasına acil ehtiyac var – belə bir birlik iqtisadi və siyasi olaraq ölkə xalqlarına ancaq böyük dividentlər gətirə, bölgəni fraqmentallaşan dünya siyasətinin mərkəzlərindən birinə çevirə bilər"./Axar


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1381   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16 oktyabr
.

Sankt-Peterburqda meymun çiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirilib

Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə regionlararası şöbəsinin məlumatına görə, Sankt-Peterburqda meymun çiçəyi ehtimalı ilə əlaqədar beş nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, departamentin Max platforma kanalına görə, meymun çiçəyi xəstəliyi ilə bağlı məlumat aldıqda

17 oktyabr
.

İran Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını pisləyib

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını qətiyyətlə pisləyərək, bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəs

16 oktyabr
.

ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri

16 oktyabr
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17 oktyabr