"Cənab prezidentin Qarabağa hər səfəri "Böyük Qayıdışı" daha da yaxınlaşdırır" - Nəsib Məhəməliyev

"Cənab prezidentin Qarabağa hər səfəri "Böyük Qayıdışı" daha da yaxınlaşdırır" - Nəsib Məhəməliyev"Prezident İıham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər bir səfəri, işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki,İqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, sosial obyektlər, aqroparklar istifadəyə verilir:

"Ekoloji proqramlar həyata keçirilir. Dövlət Başçımızın bu dəfəki səfərinin əhəmiyyətini artıran, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlməsi və Qarabağın ikinci qapısı, Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etməsidir.

Müharibədən iki ilə yaxın müddət keçməsinə rəğmən, hələ də Ermənistanla sülh müqaviləsi imzalanmamışdır. Acı məğlubiyyətdən düzgün nəticə çıxarmayan Ermənistan rəhbərliyi Şərqlə Qərb arasında vurnuxur. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və müxtəlif xarici qüvvələrə arxalanaraq, üçtərəfli bəyanatların icrasından yayınır. Avropa İttifaqı müşahidəçi missiyasını göndərir, İran sərhədlərimizdə irimiqyaslı hərbi təlimlər keçirir, yüksək çinli siyasətçiləri, hərbiçiləri bütün etik normaları pozmaqla, ölkəmizi təhdid edir, cəfəng bəyanatlar səsləndirirlər".

Deputat vurğulayıb ki, istənilən ölkə hərbi təlimlər keçirə bilər:

"Ancaq, Araz çayı üzərində panton körpülərin salınması və bu körpülər vasitəsilə ağır hərbi texnikanın qarşı tərəfə keçidinin nümayişkaranə şəkildə göstərilməsi, xoş niyyətdən irəli gəlmir. Əksinə, açıq düşmənçilikdir. Çünki, qarşı tərəf bizik.

Dəfələrlə izahat verilməsinə baxmayaraq, Molla rejimi anlamaq istəmir ki, Azərbaycan heç bir ölkənin sərhədlərini dəyişmir, heç bir ölkəni blokadaya almır. Sadəcə, bütün region ölkələrinin iqtisadi inkişafına xidmət edəcək, tədricən xalqlar arasında etimad mühitini formalaşdıracaq Zəngəzur dəhlizinin açılmasını tələb edir. Dəhlizin açılmasına qarşı İranın tutduğu mövqe tam yanlışdır və heç bir normal məntiqə sığmır. Ümumiyyətlə, bu ölkəni idarə edənlərin nə qədər anti-insani, anti-bəşəri olduğu heç kimə sirr deyil. Tükənməz təbii sərvətlərə, böyük əraziyə, gənc insan kapitalına malik ölkənin əhalisinin yetmiş faizə yaxını kasıbçılıq həddində yaşamasına baxmayaraq, əmmamə həvəskarları qonşu ölkələrdə, böyük səxavətlə terrorçuluğu maliyyələşdirir. Təsadüfi deyil ki, son zamanlar ölkəni bürümüş iğtişaşlarda, kütləvi aksiyalarda gənclər, mollalardan terror təşkilatlarına xərclənən milyardların hesabatları tələb edirlər".

Deputat söyləyib ki, belə bir şəraitdə Cənab Ərdoğanın, qardaş ölkənin hərbi-siyasi rəhbərliyindən ibarət böyük bir heyətlə ölkəmizə səfəri və konkret ünvanlara yönəlik konkret mesajları, son dərəcə əhəmiyyətlidir.

"Regionda sülhün əldə olunmasına mane olanlar, Ermənistanın 30 illik cinayətlərini görməzdən gələrək, ona dəstək verənlər bir daha gördülər ki, Azərbaycan tək deyil. İki qardaş ölkə Azərbaycan-Türkiyə, iki qardaş Lider, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ən mürəkkəb çağırışların öhdəsindən layiqincə gəlməyi və dövlət maraqlarımızı ən yüksək səviyyədə qorumağı bacardıqlarını dəfələrlə sübut etmişlər.

"Yekunda qeyd etmək istərdim ki, cənab Prezidentin hər bir səfəri, Qarabağa yeni nəfəs gətirir, "Böyük Qayıdışı" yaxınlaşdırır. Ağır müharibədən çıxmağımıza rəğmən, qısa zaman kəsiyində həyata keçirilən infrastruktur layihələri, tikinti-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini göstərir. Sayın Ərdoğan çox gözəl ifadə elədi. "Belə layihələri hər bir ölkə icra edə bilməz" Beynəlxalq ictimaiyyət isə, kimin qurucu, kimin dağıdıcı olduğunu, etiraf etməsə belə, görür".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1024   Tarix: 22 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16 oktyabr
.

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib. "Report" xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb. Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-i

17 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr