"İş saatlarının dəyişdirilməsi ilə tıxac məsələsi həll olunmayacaq" - AÇIQLAMA

"İş saatlarının dəyişdirilməsi ilə tıxac məsələsi həll olunmayacaq" - AÇIQLAMA"Dövlət qurumları iş saatını dəyişsə, tıxaclar azalar. İnkişaf etmiş infrastrukturlar tıxac problemini həll edə bilməyib. Digər tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımından vacib hesab olunur. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır.

Bir çox Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu baxımdan dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər".

Bu sözləri Milli Məclisin üzvü Vüqar Bayramov tıxaclarla bağlı problemlərin həll yolundan danışarkən deyib.

Bəs görəsən, iş saatlarının dəyişdirilməsi mümkündürmü?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, iş saatlarının dəyişdirilməsi tıxacların azalmasına səbəb olmayacaq:

"Azərbaycanda qeyri-formal əmək bazarı həddən artıq yüksəkdir. Müəssisələrin əksəriyyəti çox kiçikdir. Bunların hansısa qrafika uyğunlaşdırılması mümkün olmayacaq. Bu əsas səbəblərdən deyil. Səbəblər müxtəlifdir. Şəhərin strukturu və küçələrinin sayı əhalinin sayına mütənasib deyil".

S.Məmmədov yol infrastrukturunun düzgün qurulmadığını deyib:

"Parklamada xaos yaşanır. Bu səbəblərdən tıxac yaranır. İlk növbədə parklama işi düzgün təşkil edilməlidir. Şəhərdə küçələr daraldılıb, səkilər ləğv olunub. Piyadalar bu səbəbdən maşın yolu ilə hərəkət edirlər. Səbəblər bunlardır.

Təhsil müəssisələri, idarəetmə ilə bağlı binalar şəhərin mərkəzində yerləşir. Bütün bunlar hamısı tıxaclara gətirib çıxaran amillərdəndir. Berlin şəhərinin əhalisi bizdən çoxdur, amma tıxaclar çox nadir hallarda olur. Çünki orada düzgün tənzimlənir. Qeyri-rəsmi, güzəştə olan avtomobillər yoxdur. Onlar şəhərdə əhəmiyyətsiz dərəcədə tıxacı yaradırlar".

Sahib Məmmədov əlavə edib ki, ictimai nəqliyyatın təşkili məsələsində ciddi problemlər var:

"Məktəblərin, idarələrin qarşısında daima avtomobillər dayanır. Problemə ilk öncə bunlardan başlamaq lazımdır. Sonradan iş qrafikinin dəyişdirilməsinə keçmək olar. Daha ciddi problem Sumqayıt əhalisinin Bakıya öz avtomobili ilə gəlib, tıxac yaratmasıdır.

Əvvəllər tramvay xətləri var idi, hansı ki, insanları tıxacsız daşıya bilirdi. İndi elə deyil. Nəqliyyat vasitələri saatlarla tıxacda qalırlar. Bununla yanaşı, şəxsi avtomobillər üçün dayanacaqlar yaradıla bilər ki, insanlar şəxsi avtomobillərini orada saxlayıb, tramvayla tez işə çata bilsinlər. Əvvəlcə bu məsələlər öz həllini tapmalıdır. Sonradan iş qrafiki dəyişdirilə bilər. Tək iş qrafikinin dəyişdirilməsi ilə qətiyyən razı deyiləm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1125   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi

Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil

17 oktyabr