Azərbaycan Ordusunun Qubadlı qələbəsi
Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc - erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri və Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Başarat kəndindəki orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər,Qubadlı Tarix müzeyində saxlanılmış 5 min eksponat və 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağac, Aşağı Xocamusaxlı kəndlərindəki digər tarixi sair abidələr dağıntılara və talana məruz qalıb.
Azərbaycan Ordusunun qabiliyyətli 44 günlük Vətən müharibəsi nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı. Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Bununla paralel olaraq, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz".
Aynur Xəlilova – YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Bakıda musiqiçini maşın vurub öldürdü
Axşam saatlarında edilməməsi tövsiyə olunan 7 ev işi
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Parkda ürəkbulandıran görüntü: "Yaşınızdan utanın" - VİDEO
Bal ayından qayıdan gənc, qəzaya yardım etmək istəyərkən faciəvi şəkildə öldü
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı