"Ermənistan və havadarlarının təxribatları bizi qorxutmur, əksinə, tarixi torpaqlarımıza daha da yaxınlaşdırır" - DEPUTAT

"Ermənistan və havadarlarının təxribatları bizi qorxutmur, əksinə, tarixi torpaqlarımıza daha da yaxınlaşdırır" - DEPUTAT"44 günlük Vətən müharibəsi bizim şərəf tariximiz, qürur mənbəyimizdir".

Bunu Sonxeber.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib.

Depuatatın sözlərinə görə, 200 ildən çoxdur ki, ermənilər və onları himayə edən havadarlar azərbaycanlıları tarixi torpaqlarından vəhşicəsinə, soyqırımlar törədərək qovub, işğalıçıları yerləşdirərək qondarma Ermənistan dövləti yaradıblar:

"Ermənilər Vətən müharibəsinə qədər torpaqlarımızı işğal edərək öz vandallıqlarını ortaya qoyublar. Təəssüf ki, 90-cı illərin əvvəllərinə qədər məlum səbəblərə görə ermənilərin torpaqlarımızı işğal etməsinin qarşısını ala bilməməmişik. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan 17 il ərzində qurduğu orduyla, formalaşdırdığı vətənpərvər cəmiyyətlə və qəhrəman zabit-əsgərlərimizlə ermənilərin növbəti genişmiqyaslı hərbi əməliyyatlarının qarşısını alaraq, 30 illik işğala son qoyub torpaqlarımızı azad etdi. 44 gün ərzində nəinki torpaqlarımız azad edildi, həm də 30 ildə ermənilərin uydurduqları "Yenilməz Ermənistan" ordusu mifi darmadağın edildi. Biz Vətən müharibəsində xalq və dövlət olaraq gücümüzü dünyaya göstərdik. Ermənistan və havadarları anladı ki, Azərbaycanla oyun oynamaq olmaz. Bu gün Azərbaycan 90-cı illərin əvvələrindəki kimi gücsüz və başsız deyil. Əlbəttə, bu qələbənin baş memarı Ali Baş Komandan İlham Əliyevdir. Vətənpərvər gənclərimizin axıtdığı qan və verdiyi can hesabına biz artıq dünyada qalib xalq, diqtəedən güclü dövlət statusunu qazandıq. Biz, əlbəttə, qürur duyuruq. Hazırda proses davam edir. Ermənistan ordusunun tör-töküntüləri hələ də Qrabağ, Xankəndi və ətrafındadırlar. Eyni zamanda, Rusiyanın sülhməramlıları da oradadır. 10 noyabrda imzalanan üçtərəfli bəyanatda göstərilib ki, sülhməramlılar məsələsinə baxılacaq. Əminəm ki, cənab Preizidentin mahir diplomatik qabiliyyəti hesabına növbəti illərdə nəyinki bu problemə son qoyulacaq, hətta sülhməramlıların Azərbaycandan gedişinin şahidi olacağıq".

Deputat təəssüflə vurğulayıb ki, bu gün ermənilər hələ də təxribatlarına davam edirlər:

"Onlar müxtəlif yollarla, məkirli planları ilə çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Məqsəd də ermənilərin Qarabağda hər hansı bir statusla qalmasını təmin etməkdir. Baxmayaraq ki, son vaxtlar ermənilər "Arsax"la bağlı bizi narahat edən bəyanatlar səsləndirmirlər, amma əməllərində onlar təxribatlarından geri qalmır, Ermənistan-Azərbaycan sərhədindəki hərbçilərimizə, mülki vətəndaşlarımıza atəş açırlar. İtkilərimiz və yaralılarımız da olur. Erməni terrorçuların bütün təxribatlarının qarşısı Azərbaycanın Müzəffər Ordusu tərəfindən alınır və şəhidlərimizin qanı yerdə qalmır. Sonuncu təxribatları zamanı biz 80 yaxın şəhid versək də, Ermənistanın rəsmi açıqlamasına görə, onlar 220-yə yaxın itki veriblər. Amma qeyri-rəsmi məlumata görə, onlarda 400-dən çox ölən, 500-dən çox yaralanan oldu. Ermənilər bu genişmiqyaslı təxribatlarının cavabını ağır alsalar da, ağıllanmaq istmirlər. Yenə də bütüm sərhəd boyu, xüsusilə Daşkəsən, Tovuz və Gədəbəy istiqamətində təxribatlarını davam etdirirlər. Bu gün Ermənistan başqa hiyləyə əl atıb. Onlar Qerblə, xüsusilə də Fransa ilə əlaqələrini sıx quraraq müxtəlif təxribatlar törədirlər. Fransanın son zamanlar aktivləşməsi göz önündədir. Xüsusilə də Makronun açıqlamasından da göründüyü kimi, Fransa cəmiyyəti tamamilə erməniləşib. Makronun sonuncu müsahibəsi analoqu olmayan sərsəmləmə xarakterli açıqlama idi. O, prezident kimi, nəinki öz ölkəsini, hətta bütün dünyanı yalanları ilə aldatmağa çalışır. Bunlara baxmayaraq, Azərbaycanın güclü lideri və ordusu, eləcə də Türkiyə kimi dost, qardaş müttəfiqləri var. Ermənistan və havadarlarının təxribatları bizi qorxutmur, əksinə, tarixi torpaqlarımıza daha da yaxınlaşdırır. Burada vətəndaş kimi bizim də üzərimizə böyük öhdəlik düşür. Biz bu gün Prezident İlham Əliyevin, ordumuzun ətrafına daha da sıx birləşməli, qəhrəman hərbçilərimizi daim dəstəkləməliyik".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1159   Tarix: 24 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib

16 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16 oktyabr