Dövlət qulluğundan bir bal ilə kəsilənlərə ŞAD XƏBƏR - VİDEO
Bu ilin avqust ayında dövlət qulluğuna qəbul imtahanında bəzi sualların səhv olması iştirakçıların narazılığına səbəb olmuşdu. Baku TV məsələni işıqlandırdıqdan sonra problem həllini tapmışdı.
Bu dəfə isə 1 balla imtahandan keçə bilməyən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etirazını bildirib.
Onların iddiasına görə, imtahanda bir sualın iki düzgün cavabı olub.
Yaranan növbəti problem də elə Baku TV-nin çəkilişi zamanı həll olunub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ekspertlər arasında fikir ayrılığı yarandığından məsələyə yenidən baxılıb və nəticələr imtahan iştirakçılarının xeyrinə həll edilib. Beləliklə, 1 balla kəsilən şəxslər imtahandan keçdilər.
Dövlət İmtahan Mərkəzindən o da qeyd olunub ki, namizədlərin nəticələrinə edilən müvafiq dəyişikliklər qurumun rəsmi saytına yerləşdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1432 Tarix: 24 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
16 oktyabrMəktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör
16 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabr"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib. APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib
16 oktyabrBakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind
16 oktyabrÖvladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin
16 oktyabr