Keçmiş həyatından danışan iki yaşlı uşağın dedikləri ŞOK ETDİ
ABŞ-da iki yaşlı uşaq keçmiş həyatında qadın olduğunu və yanğında öldüyünü iddia edib.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Fox 2 Now" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Ohayo ştatından olan iki yaşlı Lyukun anası Erika Ruelman övladının keçmiş həyatından danışdığını deyib.
E.Ruelmanın sözlərinə görə, oğlan nə vaxtsa özünü çox qəribə aparmağa başlayıb. O, evin təhlükəsizliyindən narahat olmağa başlayıb və sonradan bütün oyuncaqlarını Pem adlandırmağa başlayıb, baxmayaraq ki, onlar bu adda qadınları tanımırlar. "Mən ondan soruşdum ki, Pem kimdir? Mənə tərəf dönüb dedi: "Yaxşı, bu mən idim". Bunun nə demək olduğunu soruşdum. O, cavabında "Əvvəllər mən idim, amma öldüm, göyə qalxdım və Tanrını gördüm, sonra Tanrı məni geri göndərdi. Yuxudan oyananda mən artıq körpə idim və sən mənə Lyuk adı verdin" dedi".
Qadın iddia edib ki, onlar heç vaxt Tanrı haqqında danışmadıqlarından, həyat və ölüm mövzularını müzakirə etmədikləri üçün çox təəccüblənib. Sonra o, Pemin necə öldüyünü soruşduqda uşaq qadının yanğında öldüyü deyib. Eyni zamanda uşaq əl hərəkəti ilə Pemin damdan atladığını izah edib. Erikanın sözlərinə görə, o, oğlundan təfərrüatları soruşmağa davam edib. Bu zaman o anlayıb ki, hər şey qatarların olduğu böyük bir şəhərdə baş verib və buranın Çikaqo olduğu qənaətinə gəlib. Lyuk da onun ehtimallarını təsdiq edib.
Daha sonra Erika Çikaqoda baş verən yanğınlar haqqında məlumat tapmaq qərarına gəlib. Araşdırdıqdan sonra o öyrənib ki, 1993-cü ilin martında Pakston otelində güclü yanğın olub və sakinlərin əksəriyyəti yuxarı mərtəbələrdə qapalı qalıb. Həmin gün 30 yaşlı Pamela Robinson da daxil olmaqla 19 nəfər ölüb. O, yanğından qurtulmaq üçün qaçaraq damdan atılıb.
Bundan sonra uşağın anası Lyukun sözlərinin həqiqiliyini yoxlamaq üçün "Lifetime Movie Network" kanalında yayımlanan "Uşağımın daxilindəki ruh" adlı verilişə üz tutub. Burada uşağın qarşısına çoxlu yad adamların fotoşəkilləri qoyulub, onların arasında Pemin şəkli də olub. Oğlan mərhum qadının şəklini göstərərək onun nə vaxt çəkildiyini xatırladığını deyib.
Erika Pemin qohumları ilə maraqlanmağa başlayıb və onun qızı ilə əlaqə saxlayıb. Söhbətdən sonra o, mərhum qadınla oğlu arasında oxşarlıq tapıb. "Bilirəm ki, Pem amerikalı müğənni Stiv Uanderin böyük pərəstişkarı olub. Lyuk bu musiqini çox sevir" - deyə Erika bildirib.
Qadının dediyinə görə, Lyuk tezliklə Pemi "buraxmağa" başlayıb və onun haqqında daha heç nə söyləməyib. Buna baxmayaraq, Erika hesab edir ki, baş verənləri hər kəslə danışmalıdır.
Qadının bu hekayəni özünün uydurduğunu və ya uşağın həqiqətən Pem haqqında danışdığını yoxlamaq mümkün olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Əli Həsənova yeni vəzifə verilir
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu