"Polisin işi ağsaqqallıq etmək deyil, araşdırmaqdır" - Hüquqşünas

"Polisin işi ağsaqqallıq etmək deyil, araşdırmaqdır" - Hüquqşünasİstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Azərbaycan qanunvericiliyində qadın və kişi bərabərhüquqludur. Lakin biz məişətdə qadınların hüquqlarının pozulduğunun, qısqanclıq zəmnində cinayət qurbanı olduqlarının, geyim və digər şəxsi seçimlərinə müdaxilə olunduğunun şahidi oluruq. Qanunun əməldə riayət olunmamasının səbəbi nədir? Qanundakı boşluqlar? Milli mentalitet ya qadınların öz haqlarını tələb etməməsi?

Hüquqşünas İnarə Camal Sonxeber.az-a bildirib ki, Azərbaycanda qadınların məişətdə hüquqlarının pozulmasının səbəbi patriarxal cəmiyyətimizin olması, polisin cinayəti araşdırmaq əvəzinə qadını əri ilə barışdırması və qanundakı boşluqlardır:
"Polisin işi ağsaqqallıq etmək deyil, araşdırmaqdır" - Hüquqşünas"Azərbaycanda qadınların hüquqlarının pozulmasının bir neçə səbəbi var. Birinci səbəb patriarxal rejimin Azərbaycanda hökm sürməsidir. Azərbaycanda ən çox haqları pozulan tərəf qadınlardır. Çünki onların üzərində hakimiyyət mövcuddur. İkinci səbəb hüquq mühafizə orqanlarının cinayət işlərini araşdırmamasıdır. Məişət zorakılığına məruz qalan qadının ilk üz tutacağı yer polis bölməsidir. Qadın hüquq mühafizə orqanına gedəndə polis ona ağsaqqallıq edir. Polisin işi ağsaqqallıq etmək deyil, işi araşdırmaqdır. Polis döyülən qadına deyir ki, get ərinlə barış, bu gün döyər-söyər, sabah barışarsız . Qadın zorakılığa məruz qaldığı yerə göndərilir. Sevinc Əliyevə bölmədə barışdırılmağa məcbur edilən qadın idi. Sonra əri tərəfindən öldürüldü. Polisdən bu davranışı görən qadınlar düşünür ki, başqa qadın polis bölməsində bu vəziyyətlə qarşılaşıbsa, mənim də başıma eyni hadisə gələcək. Hüquq mühafizə orqanlarına inam-etibar azalır. Nəticədə qadınlar polisə getmirlər. Biz zorakılığa məruz qalmış qadını polisə aparana qədər çox əziyyət çəkirik.
Azərbaycanda gender bərabərliyi haqqında qanun var. Təəssüf ki, o qanun biz istədiyimiz səviyyədə deyil. Həmin qanunda xeyli boşluqlar var. Məişət zorakılığından əziyyət çəkən qadının bədənində qançır, döyülmə izləri varsa, polisə gedir, polis onu ekspertizaya göndərir .Onların dili desək yüngül döyülmədirsə, cinayət işinin başlanmasından imtina olunur. Yüngül döyülmə dedikləri də göyərmədir. Cinayət işinə xitam verilir və zorakı şəxs inzibati qaydada, yəni sutkalıq həbs olunur. Döymə əvvəl cinayət idi, indi inzibati xətalar məcəlləsinə keçirilib. Döyülmə inzibati pozuntu hesab olunur. Məcəllədə cərimə və inzibati həbs var. Polis orqanları həbsi kənara qoyub birbaşa cərimə tətbiq edirlər. Cərimə şəxsi bir o qədər də etdiyi zorakılıqdan çəkindirən hal deyil. Cinayət məcəlləsində bədənə xəsarət verilmə dərəcələri var. Məsələn, barmaq qırılması, sümük yerdəyişməsi və s. Ağır olanda zorakı şəxs cinayət məsuliyyətinə cəlb olunur. Yəni bədəndə göyərmə olanda bu şəxsi cinayətə cəlb etmirlər.
Beynəlxalq təcrübəyə baxsaq, bu məsələnin həll yolu qadınların hüquqlarını qoruyan sənəd İstanbul konvensiyasıdır. Azərbaycanda gender fəalları, ictimai fəallar, femistlərin tələbi Azərbaycanın bu sənədi ratifikasiya etməsidir. Təəssüf ki, Azərbaycan hələ də bu beynəlxalq sənədi ratifikasiya etmir. İstanbul konvensiyası ratifikasiya olunandan sonra Azərbaycan gender bərabərliyi haqqında qanuna bəzi dəyişikliklər etməli, zorakılıq halları çox dəqiqliklə araşdırılmalıdır. Çünki ölkə bununla bağlı hesabatlar verməyi öz üzərinə götürəcək . Düşünürəm ki, Azərbaycan bu sənədi ratifikasiya edəndən sonra xeyli irəliləyiş baş verə bilər".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Polisin işi ağsaqqallıq etmək deyil, araşdırmaqdır" - HüquqşünasŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3082   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

15 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr