Yeraltı tunellerdə şəbəkə niyə itir?- AÇIQLAMA

Yeraltı tunellerdə şəbəkə niyə itir?- AÇIQLAMABəzən yeraltı tunellərdə mobil şəbəkənin itdiyinin şahidi oluruq. Bir neçə saniyəlik belə olsa insanlar bu problemlə rastlaşırlar. Bəs bu kimi hallar nə ilə bağlıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a İT üzrə ekspert Bəhruz Əliyev açıqlama verib.

O bildirib ki, detallara çox varmadan ilk öncə kiçik bir məlumatla başlamaq istərdim.
Yeraltı tunellerdə şəbəkə niyə itir?- AÇIQLAMA"Ceymiz Maksvelin elektromaqnit nəzəriyyəsini sübuta yetirən Henrix Hers(Heinrich Hertz‎)-in şərəfinə periodik tezliyin ölçülməsi vahidi Hers(Hertz) olaraq adlanırıldı. Hers 1 saniyədə yerinə yetirilən əməliyyatların sayıdır. Görünən və görünməyən bütün dalğaların tezliyi Hers ilə ölçülür. Belə bir misalla məsələni daha aydın göstərmək olar. Evimizdəki işıq lampasının, önümüzdəki kompüter monitorunun daim işıqlandığını düşünsək də, əslinə texniki olaraq belə deyil.
Xüsusi hallar mövcud olsa da, bəzi mənbələr insan gözünun əsasən 50-60 Hz-dən yuxarı tezliyi fərq etmədiyini yazır. Mənası budur ki, insan gözü saniyədə 60-dan çox təzələnən görüntünü eyni formada görür. Misal kimi sərinkeşin pərləri sürətli fırlandığında onu bir parça kimi görür vəya qarşımızdakı kompüterin monitoru 120 Hz-lik monitor olarsa, yəni ekran saniyədə 120 dəfə özünü təzələyərsə, gözümüzün 50-60Hz limitini keçdiyi üçün, biz yenilənmənin fərqinə varmırıq və monitordakı görüntünü stabil vəziyyətdəymiş kimi alqılayırıq. Analoji əşyaları da eyni formada fikirləşmək mümkündür.
Gözlə gördüyümüz işıq dalğalarının məntiqindən çıxış edərək, görmədiyimiz dalğalara nəzər salmaq olar. Görünməyən dalğalara misal kimi hamıya bəlli olan dalğa növləri WIFI və GSM-i(Mobil telefonların işlətdiyi sistem) misal vermək istərdim. Əslində bu dalğalara da görünən işıq dalğalarına baxdığımız kimi baxsaq, bəzi yerlərdə mobil telefonların və WIFI aparatlarının niyə işləmədiyini aydın formada anlaya bilərik. Necə ki, evimizin, ofisimizin içərisində yanan işıq, ancaq pəncərədən və şəffaf materiallardan keçə bilir və divardan keçə bilmirsə, WIFI və GSM dalğaları ilə işləyən avadanlıqlar da bir növ divarın digər tərəfinə qalırsa və ona gələn dalğaları görmürsə, avtomatik olaraq bizim WIFI və mobil telefonlarımız işləməyəcək. WIFI və GSM dalğaları ilə işləyən avadanlıqlar görünən işıqdan fərqli olaraq, bəzi yüngül materiallardan müəyyən nisbətdə keçə bilsə də, qalın beton və divarlardan çox məhdud formada keçir vəya heç keçmir. Bu səbəblə qalın betan divarları olan obyektlərdə və yeraltı tünellərdə, metrolarda GSM dalğaları işləmir. Telefonların tünellərdə və bənzər yerlərdə şəbəkəsinin itməsi, yayınlanan yerüstü GSM antenaları ilə əlaqəsinin kəsildiyi üçündür. Metro kimi əhəmiyyət kəsb edən yerlərdə mobil telefonların işləməsi üçün, yeraltına xüsusi GSM antenalar yerləşdirilir ki, mobil telefonların şəbəkəsinin işləməsi ilə bağlı məhdudiyyət olmasın. Əgər belə bir antena yerləşdirilməyibsə, mobil telefonların şəbəkəsinin işləməsi mümkün deyil".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3083   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Azərbaycanda yeni qanun qəbul ediləcək

Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək

16 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr