Əsgərlikdə olarkən "avtoş"luq edən məmur oğlu azadlığa buraxıldı - VİDEO

Əsgərlikdə olarkən "avtoş"luq edən məmur oğlu azadlığa buraxıldı - VİDEOHərbi xidmətdə olduğu vaxt xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu Əziz Məlikov növbəti dəfə ev dustaqlığına buraxılıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində qərar qəbul olunub. Belə ki, Ə.Məlikovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim verib. Hakim vəsatəti təmin edib.

Bundan başqa, Ə.Məlikov barəsində ekspertiza təyin olunub və onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt əsgər olub və əslində hərbi hissədə olmalı imiş. Ə.Məlikovun xidmət vaxtı şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Maraqlıdır ki, Əziz Məlikov istintaq dövründə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib komandanlığın müşahidəsi altına verilmiş, daha sonra qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında yenidən həbs edilmişdi.

Məlikin atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.

Fotoda: Əziz Məlikov və Soltanpaşa Məlikov
Əsgərlikdə olarkən "avtoş"luq edən məmur oğlu azadlığa buraxıldı - VİDEOVideoda: Əziz Məlikovun avtoşluq görüntüləri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1483   Tarix: 28 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakı Marafonu 2026" başladı - FOTO

"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan

3 may
.

Azərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…

Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa

3 may
.

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını

2 may
.

Bakıda yaddaşını itirmiş qadın axtarılır

Bakıda 61 yaşlı qadının itkin düşüb. xəbər verir ki, bununla bağlı -a müraciət daxil olub. İtkin düşən şəxs 1965-ci il təvəllüdlü Rasimə Ələddin qızı Kamalovadır. Bildirilib ki, o, dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının boyu 160 sm, gözlərinin rəngi qəhvəyidir

2 may
.

Bu şəxslər məcburi İŞDƏN ÇIXARILACAQ

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən

3 may
.

"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO

2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb. Mərhumun anası bildirib ki, Könül Vəlibəyli çox mehriban

3 may
.

Bakı metrosunda bu cür oturanlar HƏBS OLUNACAQ - VİDEO

Metro və avtobuslarda yayxanıb oturan sərnişinlər cəzalanacaq. Paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər. İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər "xırda xuliqanlıq" adlanır. Belə davranan sərnişinlər

2 may
.

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:

2 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may