Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR - RƏSMİ AÇIQLAMA

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR - RƏSMİ AÇIQLAMA"Azərbaycanda internet istifadəçiləri köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Aztelekom" MMC-nin mətbuat katibi Alidə Mustafayeva deyib.

O, vətəndaşların son vaxtlar internetin sürətindən narazılıq etmələri, "Qiymət qalxsa da, sürət artamdı" kimi söyləntilərinə cavab olaraq bildirir ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq "Aztelekom" MMC və "Baktelekom" MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edib:

"Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülüb. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunub ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmət və platformalardan yararlanmağa imkan verir. Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3 qat sürət tariflərinə keçirilib və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər".

Qurum rəsmisi onu da vurğuladı kİ, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC üzrə tarif dəyişikliyi bu il bir dəfə – 6 avqust 2022-ci il tarixində baş verib:

"Aztelekom" MMC-yə (Bakı Telefon Rabitəsi MMC) internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, "Aztelekom" MMC abunəçilərindən 170, "Bakı Telefon Rabitəsi" MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq.

"Bakı Telefon Rabitəsi" MMC və "Aztelekom" MMC ölkə ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya, multimedia xidmətləri göstərir. Belə ki, yalnız internet xidməti deyil, həmçinin internet xidmətinin telefoniya və digər əlavə xidmətlərlə birləşdirilməsi əsasında müxtəlif tarif paketləri təqdim edilir".

Abunəçilərə təklif olunan bir neçə tarif paketində onlar özləri sürəti seçmə haqqına sahibdirlər. Burada da qiymət tarifə müvafiq olaraq dəyişir. Bu, beynəlxalq təcrübə ilə eynilik təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5585   Tarix: 28 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakı Marafonu 2026" başladı - FOTO

"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan

3 may
.

Azərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…

Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa

3 may
.

Yuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib. xəbər verir ki, səfir paylaşımında regionda aparılan bərpa işlərinin yüksək tempinin Ukrayna üçün olduqca faydalı bir təcrübə olacağını qeyd edib. "Azərbaycan Prezidenti Administrasiyasını

2 may
.

Bakıda yaddaşını itirmiş qadın axtarılır

Bakıda 61 yaşlı qadının itkin düşüb. xəbər verir ki, bununla bağlı -a müraciət daxil olub. İtkin düşən şəxs 1965-ci il təvəllüdlü Rasimə Ələddin qızı Kamalovadır. Bildirilib ki, o, dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının boyu 160 sm, gözlərinin rəngi qəhvəyidir

2 may
.

Bu şəxslər məcburi İŞDƏN ÇIXARILACAQ

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən

3 may
.

"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO

2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb. Mərhumun anası bildirib ki, Könül Vəlibəyli çox mehriban

3 may
.

Bakı metrosunda bu cür oturanlar HƏBS OLUNACAQ - VİDEO

Metro və avtobuslarda yayxanıb oturan sərnişinlər cəzalanacaq. Paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər. İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər "xırda xuliqanlıq" adlanır. Belə davranan sərnişinlər

2 may
.

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:

2 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may