"Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin ilk kastinqi baş tutdu - VİDEO/FOTOLAR
"Hasbi Baku"da "Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin seçmə mərhələsinin birinci turu start götürüb.
Sonxeber.az xəbər verir ki, kastinqə 18-27 yaşlarında olan xanımlar qatılıb. Münsif kürsüsündə təşkilati komitənin nümayəndələri, layihənin rəsmi portnyorları, keçmiş müsabiqələrin qalibləri yer alıb. Namizədlərin qiymətləndirilməsi zamanı onların tək xarici görünüşləri deyil, şəxsi keyfiyyətləri də nəzərə alınıb. Belə ki, iştirakçıların təhsil və mədəniyyət səviyyələri, eyni zamanda ünsiyyətçilik qabiliyyətləri və özlərini təqdim etmə bacarıqları münsiflər tərəfindən diqqətlə izlənilib. Seçim turunun 1-ci mərhələsinin nəticələri 2-ci kastinqdən sonra açıqlanacaq. İkinci kastinq oktyabrın sonu baş tutacaq.
Məlumat üçün bildirək ki, qalib model "Miss Aura İnternational"ın təşkil etdiyi yarışmaya qatılacaq. Yarışmada 50 ölkədən olan modellər iştirak edir. "Miss Aura İnternational"ın rəhbəri Adnan Şəkərdir.
Qeyd edək ki, yarışma "City Events Group"un təşkilatçılığı ilə həyata keçirilir. "Miss Aura of Azerbaijan-2023" gözəllik müsabiqəsinin Milli direktorları Xəyal Abdullayev və Tural Hüseyndir.
Tədbirin təşkilati dəstəkçiləri: "Hasbi Baku", "Moon Group", "Bizon Energy", "Masa Klunariya", "İydə Parfumary", "Smart Control", "Kanatis", "Carlton Travel".
İnformasiya dəstəyi isə Trend.Az, Milli.Az, Day.Az, Azernews.Az, Yeniçağ.Az, BiG.AZ, Sonxeber.az, Qaynarinfo.Az, Hit.Az, Star Xəbər, Magazinews.Az, Operativ24.Az, SƏS TV, Milliyol.Az, 32gün.az, Ann.Az, İctimai.Az, Doğru.Az, Alp.Az, Hökm.Az, Avtosfer.Az, Citynews.Az, Qanunla.Az, Xəbəral.Az, Haqq.Az və MediaBaku.Az saytlarına, MTV Azərbaycan kanalına və Space Tv-yə məxsusdur.














VİDEO: Aqil Kazımoğlu
FOTO: Rauf Babayevdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1882 Tarix: 28 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FHN əməkdaşı iş başında öldü
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Zamin Qalayev vəfat edib. "Yeni sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Gizir rütbəsində xidmət edən Z.Qalayev ötən gün iş başında dünyasını dəyişib
2 mayAzərbaycanda müavinətlərlə bağlı YENİ QAYDA
Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Trend-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasınd
3 mayAzərbaycan toylarında DƏYİŞİKLİK
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. O, muğam ifaçılarının da buna şərait yaratdığını bildirib. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyə
3 mayTürkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan "Resmi Gazete"də yayımlanı
2 mayÜç gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. "Yeni Sabah" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə
3 mayQızıl almaq istəyənlərə PİS XƏBƏR
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,32% artaraq 4 644.50 ABŞ dollarına bərabər olub. COMEX-d
2 may