Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti təxribat - VİDEO
Rusiyanın "Rossiya24" telekanalında birtərəfli, anti-Azərbaycan və ermənipərəst təxribat xarakterli material yayılıb.
Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü ərəfəsində jurnalist (belə demək mümkünsə) Nataliya Solovyova Rusiya ictimaiyyətinə tam qərəzli hesabat təqdim etmək qərarına gəlib.
O, Qərb-Vaşinqton layihəsinə görə Ermənistanın "Dağlıq Qarabağı" Azərbaycanın bir hissəsi kimi tanımalı olmasından gileylənir. Jurnalist görünür Qarabağın heç bir "xüsusi statusu" olmayacağından çox narahatdır.
Ona xatırlatmaq istərdik ki, rəsmi Moskva Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman tanıyıb, ancaq belə təəssürat yaranır ki, Rusiya mediası bundan tamamilə xəbərsizdir.
Ən qəzəb doğuran məqam isə odur ki, hansısa Solovyova efirdə "tanınmamış Qarabağ Respublikasının keçmiş prezidenti" Bako Saakyan kimi ifadələr işlədir, həmçinin nəinki bu separatçını təmsil edir, hətta onun "sitatlarını" da misal gətirir.
Təxribat xarakterli açıqlamalarının davamı olaraq Solovyova Qərbin Vaşinqtonun simasında öz "Qarabağ Azərbaycandır" şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.
Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə anti-Azərbaycan, təxribat xarakterli süjetlər və reportajlar nümayiş etdirilib.\Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb