"Super KENO" lotereyasında 100 000 manat qazanıldı!
"Azərlotereya" ASC-nin təşkil etdiyi "Super KENO" lotereyasında 100 000 manat qazanılıb. Uduş oyunun 27 oktyabrda keçirilən 22434 saylı tirajında qeydə alınıb. Uduşlu bilet "İntegral Ekspress"in Sabunçu rayonunda yerləşən "Araz" marketdəki məntəqəsindən alınıb.
Hər gün keçirilən "Super KENO" tirajlı lotereya oyununda iştirak etmək üçün biletlərin satışı lotereya terminalları vasitəsi ilə həyata keçirilir. Kuponun üzərində əks olunan oyun lövhələrinin hər birində 1-dən 70-dək nömrələr əks olunur. Lövhələr üzrə bir variantda 10 nömrəni işarələdikdən sonra, ödəniş məbləği seçilir. Bir bilet üçün minimum ödəniş məbləği 1 manatdır. İştirakçı 1, 2, 5 və ya 10 AZN məbləğində ödəniş edərək qazancını müvafiq olaraq 1, 2, 5 və 10 dəfəyə qədər artıra bilər. "Super KENO"da böyük uduşun məbləği 1 000 000 manatdır.
Yeri gəlmişkən, artıq "Super Keno" tirajlı lotereyasını Misli.az saytında onlayn şəkildə bilet alaraq da oynamaq mümkündür. Onlayn oynadıqda, iştirakçılar ilk olaraq qeydiyyatdan keçməli, şəxsi kabinetinə, sonra isə "Super KENO" tirajlı lotereyasına daxil olaraq seçdikləri nömrələri verilmiş müvafiq xanalara daxil etməlidirlər.
"Super KENO", eləcə də "Meqa 5/36" və "4+4" tirajlı lotereyalarını "Misli" məntəqələri, "Azərpoçt" (Mərkəzi) şöbələri və "İntegral Ekspress"in "İnşaatçılar", "Elmlər Akademiyası", "Xalqlar Dostluğu", "Neftçilər" və "Xətai" metro stansiyalarında yerləşən satış nöqtələrindən əldə etmək mümkündür. 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilərlər.
Qeyd edək ki, tirajlı lotereyalar oyunu hər gün saat 19:45-də keçirilir və "Xəzər" TV, eləcə də "Azərlotereya TV" Youtube kanalı ilə canlı yayımlanır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1321 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri
19 oktyabrAzərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
17 oktyabrAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrBakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək
18 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrƏlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabr