Medianın İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilib

Medianın İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilibOktyabrın 28-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsini icra edən Osman Xaliyev arasında görüş keçirilib.

Görüş zamanı Əhməd İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar, çap və onlayn mediaya dəstək layihələri barədə ətraflı məlumat verib. O, media subyektlərinin biznes strukturu kimi formalaşmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Osman Xaliyev Fondun fəaliyyəti, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, güzəştli kreditlərin verilməsi ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verib.

Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi və potensial əməkdaşlıq imkanlarıyla bağlı müzakirələr aparılıb.

Medianın İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 560   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformato

5 mart
.

Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü

Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil. Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir. Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda "Kartınız etibarsızdır"

4 mart
.

"Qızıl Ay" restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat

Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay" restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhər

3 mart
.

Sabahın hava proqnozu açıqlandı

Martın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərd

4 mart
.

Pensiya və müavinət alanlara bayramqabağı ŞAD XƏBƏR

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfində

4 mart
.

On beşinci günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on beşinci günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:43-ə, iftar isə 18:51-ə təyin olunub. On beşinci günün imsak duası:. "Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl- xaifin". Tərgüməsi:. "İlahi

4 mart
.

"Gənc ailələr maliyyə planlamasını diqqətlə qurmalıdırlar" - AÇIQLAMA

Müşahidələr göstərir ki, ailədaxili maliyyə problemləri təkcə maddi çətinliklərlə məhdudlaşmır, eyni zamanda münasibətlərdə gərginlik yaradır və bəzi hallarda boşanmalara da səbəb olur. Bəs, maliyyə çətinlikləri ailədaxili münasibətlərə və tərəflərin psixoloji durumuna necə təsir edir? Ailələr madd

4 mart
.

Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)

Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının intensi

3 mart