Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra ÖLDÜ
Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib.
Sonxeber.az xəbər verir ki, bu barədə bizim.media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məlumat verib.
Vətəndaş B.N. 30.10.2022-ci il tarixində saat 06:34-də Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə olan pasiyentə qəbul olarkən normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozları qoyulub.
30.10.2022-ci il saat 07:05 radələrində qeysəriyyə əməliyyatı baş tutub və cinsi qadın, çəkisi 2100 qr, boyu 45 sm olan körpə doğulub.
Əməliyyatdan sonra pasiyent Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, 30.10.2022-ci il tarixində saat 20:00 radələrində pasiyent vəfat edib. Ona poliorqan çatışmazlığı, HELLP sindromu, DDL sindromu, vaxtından əvvəl operativ doğuş, ciftin vaxtından əvvəl ayrılması diaqnozları qoyulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1485 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abituryentlərin imtahan qorxusunu azaltmağın hansı üsulları var? - AÇIQLAMA
Abituriyentlik dövrü gənclər üçün həyatda böyük bir mərhələni simvolizə edir. Bu dövrdə yalnız bilik yox, həm də emosional dözümlülük, stres idarəsi və qərarvermə qabiliyyəti sınanır. Buna görə də imtahan qorxusu, yəni test və qiymətləndirmə qarşısında yaranan narahatlıq, çoxsaylı gənclərin təcrübə etdiy
4 mart"Est. Etik Clinix and Spa Center"də qanunsuz işçilər çalışdırılıb
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center" MMC cərimələnib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsini
4 martMossadın uzun illərdir Xameneini Tehranın kameraları ilə izləməsi məlum olub
İsrailin xarici kəşfiyyat orqanı Mossad uzun müddət İranın Ali Rəhbəri Əli Xameneinin yerdəyişmələrini nəzarətdə saxlaması məlum olub. "Daily Mail"a istinadən xəbər verir ki, İsrailin xarici kəşfiyyat orqanını Tehran şəhərinin müşahidə sistemlərinə kiber müdaxilə edərək Əli Xameneinin yerdəyişmələrin
3 martÜç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... - Foto
Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdl
5 martBakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü
Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil. Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir. Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda "Kartınız etibarsızdır"
4 mart"Makler bibi" ləqəbli Zeynəb Qaraşova vəfat etdi
"TikTok"da "Makler bibi" ləqəbi ilə məşhurlaşan Zeynəb Qaraşova vəfat edib. xəbər verir ki, bu barədə onun şəxsi sosial şəbəkə hesabında məlumat paylaşılıb. Qeyd edək ki, Z.Qarasova uzun sürən xəstəlikdən dünyasını dəyişib
5 mart