Həbsdə saxlanılan qazinin vəkili: "Misir Qasımlı və Sübhan Quliyevin həbs müddəti 40 gün uzadılıb"

Həbsdə saxlanılan qazinin vəkili: "Misir Qasımlı və Sübhan Quliyevin həbs müddəti 40 gün uzadılıb""Misir Qasımlı və Sübhan Quliyev məhkəməyə gətirilmədilər".

Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirlik məhkəməyə iradını bildirməyib:

"Kiyev Apellyasiya Məhkəməsində baş tutan 03.11.2022-ci il tarixli məhkəmə iclası Misir Qasımlı və Sübhan Quliyevin iştirakı olmadan keçirilib. Belə ki, məhkəmə proses iştirakçılarını aldadaraq işə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxıb. Hakim Sübhan Quliyevin məhkəməyə gətirilməsi haqqında məlumatı istintaq təcridxanasına göndərməyi unutduğunu, Misir Qasımlını isə ümumiyyətlə görmək istəmədiyini qeyd edib. Bütün bunlar səfirliyin nümayəndəsinin gözü qabağında baş versə də, səfirlik məhkəməyə öz iradını bildirmədi".

Vəkil qeyd edib ki, 04.11.2022-ci il tarixli Obuxov Rayon məhkəməsində keçirilən iclasda isə Misir Qasımlı və Sübhan Quliyevin həbsdə saxlanılmaları müddəti əlavə 40 gün uzadılıb:

"Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Diaspor nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı.

Səfirliyə dəfələrlə şəxsi zaminliyə götürülmə məsələsi ilə müraciət etsək də, bundan imtina edirlər. Səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin taleyi onlar üçün heç maraqlı deyil".

A.Rəfiyeva Ombudsmanın məsələ ilə bağlı heç bir qanun pozuntusu olmadığını bildirdiyini qeyd edib:

"Ombudsmana müraciət edirik ki, vətəndaşlarımızın haqları tapdalanır, köməklik edin. Cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil. Əgər qanun pozuntusu yoxdursa, nədən Kiyev Apellyasiya Məhkəməsi qərar verdi ki, qanun pozuntuları var?

Görünən odur ki, heçkəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər".

Vəkil məhkəmədə çıxış edən zərərçəkmişin ittiham tərəfinin şahidinin verdiyi ifadəyə tamamilə zidd ifadə verdiyini söyləyib:

"Misir Qasımlı və onun vəkilləri tərəfindən verilən heç bir suala cavab verə bilmədi. Bütün suallara "yadımda deyil" kimi cavab verdi. Bu azmış kimi zərərçəkən məhkəmə iclasına Azərbaycan bayrağının fonunda qoşuldu. Bundan başqa, keçən məhkəmədə zərərçəkmiş ağzından qaçırmışdır ki, prokurorluq ona 3000 dollar pul təklif edib, bu dəfə isə suala cavab olaraq etiraf etdi ki, 15.000 dollar təklif olunub. Hakim də dərhal iclası təxirə saldı ki, bu məsələni ört-bastır etsin. Təəssüf ki, hakim görünüş yaratmaq istəyir ki, guya obyektivdir, guya işi düzgün araşdırır, amma əməldə tam əksini edir. Bu da bizə onu düşünməyə əsas verir ki, hakimə kənardan təzyiqlər var və o gözünü yumub qanunsuz qərarı qəbul edə bilər.
Həmçinin suallar altında çıxılmaz vəziyyətdə qalan zərərçəkmiş bildirdi ki, 2019-cu ildən psixiatrik dispanserdə qeydiyyatdadır (bu haqda həkim arayışını təqdim etdi) və psixotrop, narkotik tərkibli dərmanlar qəbul edir. Hadisə günü bununla bərabər spirtli içkilər qəbul edib. Eyni zamanda hadisə günü başqa yerdə olduğunu və maşında tapılan kart hesabından həmin dövrdə özü tərəfindən alış-veriş edildiyini gizlətməyə çalışsa da, bunun üstü açıldı. Bu da birbaşa ona dəlalət edir ki, həmin dövrdə kart özündə olmuş və polis tərəfindən Misirin maşınına atılmışdır.

Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Zərərçəkmişin vəkili isə təqdimata münasibət bildirərkən qeyd etdi ki, Azərbaycan əsgəri qaçıb-gizlənəndir. Ona görə Misir və Sübhanın da məhkəmədən qaçıb gizlənmək ehtimalı var. Misir Qasımlı isə buna etiraz edərək bildirdi ki, "biz müsəlmanlar ölümü siz qadınlarınızı sevən qədər sevirik və həmin qeyd etdiyiniz Azərbaycan əsgərləri sizin arvad-uşağınızı burada qoruyur, siz isə dincəlirsiniz". Bu sözdən sonra zərərçəkənin vəkili və prokuror pərt olaraq zalı tərk etdilər. Diaspor nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı"./Oxu


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2004   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart 2024