"İranın parçalanması Azərbaycanın fəlakəti ola bilər"- Zərdüşt Əlizadə
Son vaxtlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan telekanalları İranın ərazi bütövlüyünə qarşı reportajlar hazırlayır.
Bununla bağlı Sonxeber.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan xalqına İranla ədavət lazım deyil.Biz özümüz separatçılığın əleyhinəyik. Özümüzə rəva bilmədiyimizi qonşu xalqa, dövlətə rəva bilirik:
"Azərbaycan xalqına İranla ədavət lazım deyil. Qərbdəki güclü dövlətlərin xoşuna gəlmək üçün İrana ərazi iddiası etməyə gərək yoxdur. İranın parçalanması Azərbaycanın fəlakəti ola bilər.
Biz özümüz separatçılığın əleyhinəyik. Bütün dini kitablarda, "Tövrat"da da, "İncil"də də, "Quran"da da yazılıb ki, özünə rəva bilmədiyini başqasına rəva bilmə. Separatçılıq bütün xalqlara bəla gətirir. İndi özümüz yaşadığımız fəlakəti İran üçün arzulayırıq. Özümüzə rəva bilmədiyimizi qonşu xalqa, dövlətə rəva bilirik. Bu əxlaqi cəhətdən düzgündürmü? Gəlin, bu sualı özümüzə verək".
Zərdüşt Əlizadə həmçinin İranın Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması iddialarına da münasibət bildirib:
"İran Zəngəzur dəhlizinin açılmasına yox, Rusiyanın sərəncamına keçməsinin əleyhinədir. Zəngəzur dəhlizinin İrandan alınıb Rusiyaya verilməsinin əleyhinədir. İran Azərbaycanla Naxçıvanın əlaqəsinin əleyhinə olsaydı, İran ərazisindən Naxçıvana dəmiryolu çəkilməsinə dair protokol imzalamazdı".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb