İsraildə səfirliyimiz Fələstinlə niyə eyni vaxtda açılır?

İsraildə səfirliyimiz Fələstinlə niyə eyni vaxtda açılır?Azərbaycanın İsraildə səfirliyi, habelə Fələstində diplomatik nümayəndəliyi açılacaq. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Deputatlar həmçinin, "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxararaq qəbul ediblər.

Sonxeber.az xəbər verir ki, Bizim Media-ya açıqlamasında Qabil Hüseynli İsraildə səfirliyin, eyni zamanda, Fələstində Təmsilçilik Ofisinin açılmasını paritetin gözlənilməsi, balansın qorunması baxımından mühüm addım kimi dəyərləndirib:

"Azərbaycan həm İsrail səfirlik, həm də Fələstində Təmsilçilik Ofisi açmaqla çox doğru qərar qəbul edib. Bu məsələnin zamanı əslində çoxdan yetişmişdi. Xüsusən də 44 günlük müharibədə qələbədən sonra bu məsələnin həlli daha aktual xarakter daşımağa başladı. İsraillə münasibətlərin diplomatik səviyyədə tənzimlənməsinə böyük ehtiyac var idi. Nəhayət bu həyata keçir. Həmin addımın atılması fonunda Bakı ilə Təl-Əviv münasibətləri daha yüksək səviyyəyə çatacaq. Anoloji olaraq Fələstində də diplomatik missiya açılır. Bu addımın atılması iki ölkə arasında balansın qorunması məqsədlərinə xidmət edir.

Bununla Azərbaycan nümayiş etdirdi ki, Fələstin xalqının azadlıq mübarizəsinin yanındadır, onu müdafiə edir. Sözügedən istiqamətlərdə baş tutan addımlardan sonra ölkəmiz üçün artıq İranın hər hansı bir hay-küy qaldırmasının heç bir əhəmiyyəti yoxdur. Çünki İran ölkəmizə qarşı etdiyi pisliklərin demək olar ki, hamısını edib. Azərbaycan müstəqil dövlətdir, suveren hüquqlarını həyata keçirir. İran bu müstəvidə nə edir-etsin. Bunun ölkəmizə heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin tarixi ölkəmizin müstəqilliyinin ilk dövrünə düşür.

Belə ki, 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. 7 aprel 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulur. İki ölkə arasında bu illər ərzində münasibətlər yüksələn xətt üzrə inkişaf edib. İsrail Azərbaycana 44 günlük müharibədə də hərtərəfli dəstək olub, Ordumuzun silah təchizatında bu ölkə önəmli rol oynayıb.

Amma müstəqillikdən keçən 30 il ərzində Azərbaycan İsraildə səfirliyi fəaliyyət göstərməyib. Baxmayaraq ki, Bakıda İsrail səfirliyi çoxdan fəaliyyət göstərir. Bakı İsraillə sıx əlaqələrinə rəğmən, Fələstin xalqının haqlı tələblərini də tanıyır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1173   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr