Sürücülərin NƏZƏRİNƏ! Qaydalar dəyişir - Bundan sonra... - VİDEO
Minik avtomobillərinin sürücüləri motosiklet, moped və bu kimi nəqliyyat vasitələrini idarə edənlərin əlindən təngə gəldiklərini deyirlər.
Onlar həmin nəqliyyat vasitələrinin əksər sürücülərinin harada gəldi, necə gəldi qayda pozduqlarını bildirirlər.
Xüsusilə də paytaxt Bakıda gündən-günə artan moped və motosiklet sürücüləri isə tam əksini düşünürlər. Onlar günahın əsasən avtomobil sürücülərində olduğunu deyirlər.
Əsasən şəhərdaxili çatdırılma xidmətində istifadə olunan bu nəqliyyat vasitələrinin bir çoxu nömrəsiz idarə edilir. Bu isə qayda pozuntusu zamanı onların qeydə alınmasını çətinləşdirir.
Amma bu problemin həlli üçün "Yol hərəkəti haqqında" qanuna dəyşiklik edilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı danışan ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif olunur.
Təklif edilən digər bir dəyişiklik isə dayanma-durmaya görə yazılan cərimələrlə bağlıdır. Dayanma və ya durma qaydalarının pozulması hallarının foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınması təklif edilir. Təklif qəbul edilərsə, indiyə qədər müəyyən mübahisə yaradan BNA-nın yazdığı cərimələr qanunda tam əksini tapmış olacaq. İlk oxunuşdan keçən dəyişiklik təklifləri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2250 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MEDİA-dan Yaxın Şərqlə bağlı çağırış - "Manipulyasiyaya yol verməyin"
"Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunur". xəbər verir ki, bu barədə Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDAİ) açıqlamasında bildirilib. "İnformasiya mühitində dezinformasiy
4 martMəhkəmənin şöbə rəisi vəfat etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin İcra şöbəsinin rəisi Mübariz Abdullayev vəfat edib. E- -a istinadən xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildə təyin edilmişdi
4 martMossadın uzun illərdir Xameneini Tehranın kameraları ilə izləməsi məlum olub
İsrailin xarici kəşfiyyat orqanı Mossad uzun müddət İranın Ali Rəhbəri Əli Xameneinin yerdəyişmələrini nəzarətdə saxlaması məlum olub. "Daily Mail"a istinadən xəbər verir ki, İsrailin xarici kəşfiyyat orqanını Tehran şəhərinin müşahidə sistemlərinə kiber müdaxilə edərək Əli Xameneinin yerdəyişmələrin
3 martAbituryentlərin imtahan qorxusunu azaltmağın hansı üsulları var? - AÇIQLAMA
Abituriyentlik dövrü gənclər üçün həyatda böyük bir mərhələni simvolizə edir. Bu dövrdə yalnız bilik yox, həm də emosional dözümlülük, stres idarəsi və qərarvermə qabiliyyəti sınanır. Buna görə də imtahan qorxusu, yəni test və qiymətləndirmə qarşısında yaranan narahatlıq, çoxsaylı gənclərin təcrübə etdiy
4 martBakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü
Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil. Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir. Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda "Kartınız etibarsızdır"
4 mart"Xəstə uşağım var" deyə dələduzluq edən keçmiş direktora hökm oxundu
Sumqayıt şəhərində fəaliyyət göstərən "Edinaya Roşka" və "Kolobok" uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə)
4 mart"Qızıl Ay" restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat
Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay" restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhər
3 mart