"Sabah"ın prezidentindən Qurban Qurbanova - "Qələbəmizə kölgə salmışdı"
"Sabah" klubunun prezidenti Məqsud Adıgözəlov Misli Premyer Liqasının 22-ci turunda keçirilən "Qarabağ" - "Sabah" (3:3) matçında baş verən davaya münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, o, Azerisport.com saytına açıqlamasında bu barədə danışıb:
Matçın son dəqiqələrində baş verən gərginliyə toxunan M.Adıgözəlov, komandasının məşqçisinin davranışına bəraət qazandırmadığını, lakin əvvəllər oxşar halların olduğunu da qeyd edib:
"Bəli, oyunun sonunda emosional vəziyyət yarandı. Köməkçi məşqçimiz hakimlə danışırdı, bu zaman "Qarabağ" heyətinin bir üzvü ona səssiz olma işarəsi göstərdi. Bizim nümayəndəmiz isə emosional və düzgün olmayan jest etdi ki, bunu nümayiş etdirməyə haqqı yox idi.
"Sabah" futbol klubu belə davranışı yolverilməz hesab edir. Bu, bizim ənənələrimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun deyil. Nümayəndəmizlə söhbət aparıldı. Biz baş verənləri yalnız futbola xas emosiyalarla izah etmədik. Əksinə, məşqçimiz təkcə meydanda deyil, həm də mətbuat konfransında üzr istəməyi lazım bildi. Hər hansı klubun qarşısında belə bir hadisə baş versəydi, biz eyni şəkildə davranardıq. Hətta 'Qarabağ' nümayəndələri bu epizoda diqqət etməsə belə, üzr istəyəydik. Üzr istəmək mədəniyyəti statusdan, xidmətlərdən və adlardan asılı deyil.
Qeyd edim ki, üzr istəmə mədəniyyətindən danışarkən, 2023/24 mövsümündə "Qarabağ" - "Sabah" matçında rəqib son saniyələrdə qol vurduqdan sonra "Qarabağ" oyunçusunun bizim skamyaya jest etməsi kimi epizod olmuşdu.
Bundan əlavə, kubok finalından sonra hörmətli Qurban Qurbanov oyundan sonrakı müsahibəsində "Sabah"ın qələbəsinə kölgə saldı və dolayı yolla onun bütövlüyünü şübhə altına aldı. Sonradan bu sözlər emosiyalarla izah olundu. Qol vurduqdan sonra bir oyunçunun qapıçımızın qarşısında etdiyi ekzotik rəqs bizim ənənələrimizə uyğun deyildi. Təəssüf ki, o zaman dostlarımız üzr istəmək lazım bilmədilər və hər şeyi emosiyalara yazdılar. Biz səbr etdik, üzr istəmək tələb etmədik və vəziyyəti böyütmədik, çünki başa düşürük ki, mübarizə zamanı bəzən olmamalı şeylər olur. Buna görə də son oyundakı epizoda qarşı olan kəskin reaksiya bir qədər təəccübləndirdi.
Bizim mövqeyimiz dəyişməz qalır: oyuna hörmət, rəqibə hörmət və irəliyə doğru addımlar. Gəlin, futbol, oyunun keyfiyyəti və çempionatımızın inkişafı barədə danışaq, müəyyən epizodların ümumi mənzərəni kölgələməsinə imkan verməyək".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1875 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də
9 sentyabrFrenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə
10 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir
10 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabrAzərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabr"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabr