Frenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər.
Sonxeber.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məbləğ və bonuslar şəklində əlavə 15 milyon avro qazanacağına ümid edir.
Klubun idman direktoru Deku və prezidenti Joan Laporta oyunçu üçün yeni komanda tapmaq istiqamətində iş aparırlar.
Xatırladaq ki, Frenki de Yonq cari mövsüm meydana çıxmayıb. O, zədədən sonra bərpa prosesini davam etdirir. Yarımmüdafiəçi 2019-cu ildə "Ayaks"dan 86 milyon avro qarşılığında heyətə cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 161 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
3 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir
10 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq"lə qarşılaşacaq
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olacaq. Günün maraqla gözlənilən görüşlərində
9 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabrPSJ Luis Enrike ilə müqaviləni uzadıb
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS
6 sentyabrKoxalski "Qarabağ"dan getdi - RƏSMİ
"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə yollarını ayırıb. kluba istinadən xəbər verir ki, Polşanın "Vyeçista" klubunun futbolçu ilə bağlı təklifi və Koxalskinin şəxsi istəyi müsbət qarşılanıb. Tərəflər arasında aparılan danışıqların ardından transferlə bağlı razılıq əldə olunub
8 sentyabr"Atletiko"nun sabiq futbolçusu Ruben Peres karyerasını başa vurub
İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres 37 yaşında peşəkar karyerasını başa vurub. xəbər verir ki, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, 20 ildən artıq davam edən peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. Təcrübəl
4 sentyabr