Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.
Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?
Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, vətəndaşların bərpa olunan enerjidən istifadə etməsi artıq bir sıra ölkələrdə tətbiq olunur:
"O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib".
V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:
"Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir".
Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:
"Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir