Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür.
Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir".
Bu fonda bəzi vətəndaşlar təklif edib ki, uşaqlar məktəbə 8 yaşından tez başlamasın, təhsil müddəti 10 il olsun və ibtidai siniflərdə proqram uşaqların yaşına daha uyğun qurulsun.
Nazirin çıxışı bu cür ssenarinin mümkünləşməsi üçün siqnal ola bilər? Yaxın dövrlərdə məktəblərlə bağlı radikal dəyişikliklər gözlənilirmi?
Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, nazirin açıqlamasını birbaşa məktəbə başlama yaşının dəyişdirilməsi və təhsil müddətinin qısaldılması ilə əlaqələndirmək düzgün olmaz:
"PISA nəticələri ciddi siqnaldır və nazir də məhz oxu savadlılığının sistemli şəkildə yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Xüsusilə bəzi bölgələrdə nəticələrin daha aşağı olması göstərdi ki, problemə ümumi yanaşmadan çox, səbəbləri düzgün müəyyənləşdirilmiş və hədəflənmiş tədbirlərə ehtiyac var. Çünki məktəbə başlama yaşının səkkizə qaldırılması və ya təhsil müddətinin 10 ilə endirilməsi ciddi sistem dəyişikliyidir. Belə qərar yalnız oxu savadlılığı göstəricilərinə əsasən verilə bilməz. Burada uşaqların inkişaf xüsusiyyətləri, məktəbə hazırlıq, ibtidai sinif proqramlarının məzmunu, müəllim hazırlığı və tədris metodikası kompleks şəkildə araşdırılmalıdır. Hazırda uşaqların birinci sinfə qəbulu mövcud qaydalara əsasən davam edir və 2026-2027-ci tədris ili üzrə qəbul prosesi də bu çərçivədə həyata keçirilib".
Ekspert bildirib ki, yaxın dövrdə əsas diqqət məktəbə başlama yaşını dəyişməkdən əvvəl, mövcud sistem daxilində keyfiyyətin artırılmasına yönələcək:
"Xüsusilə ibtidai siniflərdə oxuyub-anlama, mətnlə işləmə və funksional savadlılığın inkişafı gücləndirilməlidir. Emin Əmrullayevin açıqlamalarında da problemin pedaqoji yanaşmalar və müəllimlərlə iş istiqamətində həllinə ehtiyac olduğu qeyd edilib. Ona görə də hazırkı mərhələdə bunu radikal dəyişikliklərin siqnalı kimi yox, təhsil sistemində hansı sahələrə daha ciddi müdaxilələrin lazım olduğunu göstərən mühüm diaqnostik nəticə kimi qiymətləndirmək lazımdır. Əgər gələcəkdə məktəbə başlama yaşı, təhsil müddəti ilə bağlı dəyişikliklər gündəmə gələcəksə, bunun geniş müzakirə və tədqiqatlardan, həmçinin pilot tətbiqlərdən sonra həyata keçirilməsi daha doğru yanaşma olar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!