Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ

Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQTürkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasına dəstək olmaqdır. Azərbaycanda isə 15 sentyabrda sinif otağında valideynlərin iştirakına 1 saatlıq icazə verildiyi deyilir. İddialara görə, bu da sadəcə ağlayan, ana-atasını istəyən uşaqlara şamil edilir.

Türkiyənin bu modeli ölkəmizdə tətbiq oluna bilər?

Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib ki, uşağın məktəbə ilk gedişi həm onun, həm də valideyn üçün kifayət qədər ciddi bir mərhələdir:

"Ona görə də bu prosesə yalnız "uşaq ağlayır, ya ağlamır" prizmasından yanaşmayaq. Türkiyədə tətbiq olunan "Uyğunlaşma həftəsi" ilə bağlı təşəbbüs maraqlı yanaşmadır. Valideynə müəyyən müddət işdən icazə verilməsi uşağın ilk günlərdə yanında olmağa və onun yeni mühitə daha rahat alışmasına imkan yaradır. Azərbaycanda isə hazırda valideynlər üçün belə imkan kifayət qədər məhduddur. Düşünürəm ki, bu məsələyə yenidən baxmaq lazımdır. Ən azı məktəbə yeni başlayan uşaqların valideynləri üçün ilk həftə ərzində müəyyən müddət işdən icazə verilməsi müzakirəyə çıxarıla bilər".

Deputat bildirib ki, burada söhbət valideynlərə əlavə imtiyaz yaratmaqdan getmir:

"Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir. Çünki bəzi uşaqlar öz narahatlığını ağlamaqla göstərir, bəziləri isə bunu ümumiyyətlə büruzə vermir. Türkiyə modelini olduğu kimi Azərbaycana gətirmək şərt deyil. Amma həmin təcrübədən yararlanaraq bizim şəraitə uyğun bir mexanizm hazırlamaq mümkündür. Əsas prinsip belə olmalıdır ki, uşağın məktəbə uyğunlaşması üçün ailəyə dəstək verilməlidir və bu, yalnız bir gün, bir saatla məhdudlaşmamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 17152   Tarix: 12 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı

Azyaşlı qızları ərə vermək ənənə deyil, uşağın taleyinə müdaxilədir. Məktəb yaşında bir uşağı ailə məsuliyyətinə, erkən hamiləliyə və mümkün zorakılığa sürükləyib sonra bunu adət, ailə qərarı və ya dini dəyərlərlə izah etmək problemin mahiyyətini gizlətməkdən başqa bir şey deyil. İran, Əfqanıstan v

14 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

Azərbaycanda ilk kəlağayı hansı rəngdə olub? - Milli irsimizin əsrlərə söykənən tarixi

Azərbaycan qadınının zərifliyini, milli kimliyini və mədəni yaddaşını özündə yaşadan kəlağayı əsrlərdir xalqımızın həyatında xüsusi yer tutur. Təbii ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus gözəlliyi ilə seçilən bu baş örtüyü yalnız geyim elementi deyil, həm də nəsildən-nəslə ötürülən sənə

14 oktyabr
.

Kəlağayı bizim milli geyimimizdir: Milli irsimizi yalnız bayramlarda xatırlamamalıyıq

Azərbaycanın milli geyim mədəniyyətindən danışarkən kəlağayını kənarda qoymaq mümkün deyil. İpəyin zərifliyini, naxışların mənasını, nəsillərdən-nəsillərə ötürülən sənətkarlıq ənənələrini özündə birləşdirən bu baş örtüyü xalqımızın tarixindən xəbər verir. Kəlağayı sadəcə geyim elementi deyil, Azərbayca

14 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

"Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir" - Müşfiq Cəfərov

"Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq

14 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr