Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMAİqtisadçı Natiq Cəfərli Globalinfo.az-a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməsi və artırılması gözlənilirmi? Artımın hansı göstərici əsasında hesablanacağı və faizinin nə qədər olacağı artıq müəyyənləşibmi?

Məsələ ilə bağlı Globalinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, ölkəmizdə digər sosial ödənişlər kimi, pensiyaların da mütəmadi artımı təmin edilib:

"2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində minimum və orta aylıq pensiyalarda 3 dəfəyə qədər artım baş verib. Pensiya artımlarında pensiyaların hər ilin əvvəlində indeksləşdirilərək artırılması mühüm rola malikdir".

Qurumdan bildirilib ki, hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması orta aylıq əməkhaqqının əvvəlki il üzrə artım göstəricisi əsasında həyata keçirilir:

"Yəni hər il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də həmin qədər pensiya artımı təmin edilir. 2026-cı ilin əvvəlindən də bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb. Artım 1,1 milyon pensiyaçıya şamil olunub.

Qarşıdakı dövrdə də hər ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən təqdim ediləcək göstərici əsasında bu artımlar tətbiq olunacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5885   Tarix: 12 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü

Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirva

14 oktyabr
.

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl

14 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr