"Qızıl Ay" restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat
Bakıda restoran qanunsuz reklam yerləşdirdiyinə görə cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən "Qızıl Ay" restoranının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkarlanıb. Fakt Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən müəyyən edilib.
Bununla bağlı obyekt barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, habelə onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə restoranın sahibi sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 500 manat məbləğində cərimə tətbiq edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 843 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər
16 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr