Qarabağda yenidən antiterror əməliyyatı başlaya bilərmi? - Deputatdan AÇIQLAMA
Noyabrın 22-də, 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində, eləcə də saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Təxribatlar davam edərsə, Qarabağda antiterror əməliyyatı başlaya bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bütün bu təxribatlar Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin mövcud olduğunu göstərir:
"Rusiya sülhməramlılarının olduğu ərazilərdə bu günə qədər qanunsuz erməni silahlı qüvvələrinin qalması 10 noyabr bəyannaməsinə ziddir. Görünür, erməni terrorçuları 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərindən dərs çıxarmayıblar. Unudurlar ki, "Dəmir yumruq" hələ yerindədir və istənilən vaxt onların belini qırmaq gücünə malikdir.
Bu gün Qarabağdakı erməni terrorçularını maliyyələşdirən qüvvələr regiondakı sülhü pozmağa çalışırlar. Amma nə erməni terrorçuları, nə də onların havadarları istəklərinə nail ola bilməyəcəklər".
Deputat vurğulayıb ki, ermənilər bu təxribatları sonda onların bir ölkə kimi xəritədən silinməsinə səbəb olacaq:
"Müxtəlif təxribatlarla güc şousu göstərən erməni terrorçuları sülh müqaviləsinin imzalanmasıma mane olmağa çalışırlar. Amma əvvəl-axır Ermənistan Azərbaycanın şərtləri əsasında hazırlanan sülh müqaviləsini imzalamalı olacaq.
Qaldı ki, yenidən antiterror əməliyyatlarının başlanmasına, hazırda terrorçuların bütün təxribatlarının qarşısı Müzəffər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. Bundan sonra da alınacaq. Əlbəttə, hər hansı addımların atılması qərarı Ali Baş Komandan tərəfindən verilir. O, nəyi, necə, nə zaman edəcəyini yaxşı bilir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1423 Tarix: 23 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal
25 iyunPrezident sloveniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v
25 iyunİlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi
2 iyulƏli Əsədov Denis Afanasyevi qəbul edib
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını
25 iyunİƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin
25 iyun"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyun