İlham Əliyev: "Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq"
"Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da dərinləşməsi və geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.
"Biz bu gün növbəti illər üçün bir sözlə, bir gündəlik tərtib etdik. Prezidentlər bu gündəliyi, əlbəttə ki, öz diqqətində saxlayacaq, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez görüşməliyik. Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə ki, mən də yenidən gələcəyəm ", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin başçısı yenidən Serbiyada olmağından məmnunluğunu ifadə edərək deyib:
"Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1026 Tarix: 23 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr